F-1.az bildirir ki, asfaltın üstün rezin qatı ilə örtüldüyündən trasın vəziyyəti yaxşılaşıb. Rəykkönen ilk dəqiqələrdə trasdan çıxıb. Alfa Romeo hər iki maşında sızıntı olduğunu aşkarlayıb və sürücülərini boksa çağırıb. Covinatsi trasa qayıtsa da, Rəykkönen boksda qalıb.
Sürücülər təkərlərin səmərəliliyini yoxlayıblar, Hard təkərlər demək olar ki, istifadə edilməyib. Fettel yerində fırlanıb lakin maşına zərər dəyməyib. Norrisin maşınında proble4m aşkarlanıb və gənc sürücü maşını mexaniklərə təhvil verib.
Bu sessiyada da Ferrari daha sürətli olub. Fettel Rəykkönenin keçənilki nəticəsini 1 saniyə üstələyib – 1.28.846. Mercedes bu sessiyada Ferrari-yə 0.6 saniyə uduzub. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:28.846 | – | 32 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:28.881 | + 0:00.035 | 32 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:29.449 | + 0:00.603 | 33 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:29.557 | + 0:00.711 | 36 |
5 | 27 | Niko Hülkenberq | Renault | 1:29.669 | + 0:00.823 | 32 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:29.725 | + 0:00.879 | 34 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1:30.000 | + 0:01.154 | 33 |
8 | 4 | Lando Norris | McLaren | 1:30.017 | + 0:01.171 | 25 |
9 | 8 | Roman Qrojan | Haas | 1:30.068 | + 0:01.222 | 34 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:30.093 | + 0:01.247 | 36 |
11 | 55 | Karlos Sayns | McLaren | 1:30.192 | + 0:01.346 | 33 |
12 | 10 | Pyer Qasli | Red Bull | 1:30.429 | + 0:01.583 | 31 |
13 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:30.458 | + 0:01.612 | 36 |
14 | 11 | Serxio Peres | Racing Point | 1:30.716 | + 0:01.870 | 32 |
15 | 3 | Daniel Rikkardo | Renault | 1:30.848 | + 0:02.002 | 30 |
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:31.088 | + 0:02.242 | 6 |
17 | 18 | Ləns Stroll | Racing Point | 1:31.129 | + 0:02.283 | 31 |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:31.144 | + 0:02.298 | 10 |
19 | 63 | Corc Rassell | Williams | 1:31.904 | + 0:03.058 | 32 |
20 | 88 | Robert Kubitsa | Williams | 1:32.932 | + 0:04.086 | 37 |