F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq və +25 dərəcəyə qədər qızacaq. Şənbə günü küləkli hava gözlənilir, termometrlər +27 dərəcəni göstərəcəklər və yağıntı ehtimalı 10%-dir. Bazar günü isə küləy güclənəcək və hava buludlu olacaq. Temperatur +30 dərəcəyə çatacaq. Yağıntı gözlənilmir.
Xatırladaq ki, Bəhreyndə sıralanma turu və yarış süni işıqlar altında baş tutacaq. Qeyd edilən sessiyalar müvafiq olaraq, 18:00 və 18:10-da start götürəcək, günə isə 17:50-də batacaq.