Bəhreyn-2019: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri növbəti yarış üçün cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Valtteri Bottas mövsümün ilk yarışında qalib gəlsə də, onun şansları komanda yoldaşından bir qədər az qiymətləndirilib. Mercedes sürücülərinə ən real rəqib Sebastyan Fettel hesab olunub…

Bəhreyn Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.62
Valtteri Bottas 3.00
Sebastyan Fettel 4.00
Maks Ferstappen 8.00
Şarl Lekler 13.00
Pyer Qasli 41.00

 

Sürücülər çempionatında titula ən real namizəd də Həmilton hesab edilib. Bukmeykerlər Fettelin şansları isə ondan 2.5 dəfə az olduğunu düşünürlər…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.91
Sebastyan Fettel 4.33
Valtteri Bottas 6.00
Maks Ferstappen 9.00
Şarl Lekler 15.00

 

Avstraliyadakı dubl olmasaydı belə, biz yenə də bukmeykerlərin Mercedes-i Mühəndislər Kubokuna ən yaxın namizəd kimi gördüyünü deyə bilərdik. Ferrari-nin şansları da az hesab edilməyib, digər komandalara verilən əmsallar isə demək olar ki, formal xarakter daşıyır.

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.50
Ferrari 2.75
Red Bull 11.00
Haas 501.00
Renault, Racing Point, McLaren, Alfa Romeo, Toro Rosso, Williams 201.00
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*