Bəhreyn-2018: Üçüncü sərbəst yürüşlər

Bəhreyndə üçüncü məşqlər sessiyası elə də vacib deyil, çünki günorta hava isti olur, Qran Prinin əsas sessiyaları isə axşam vaxtına təsadüf edir.

F-1.az xatırladır ki, cümə günü sürücülərin çoxu təkərlərin tez yeyilməsindən gileylənmişdilər, Mercedes isə yumşaq təkərlərlə effektiv işləyə bilməmişdi – ona görə də bu sessiyada komandalar problemlərin həll edildiyinə əmin olmağa çalışıblar. Sessiyanın ilk dörddə birində trasda işləyən olmayıb, elə sonra da sürücülər böyük məsafə qət etməyiblər.

Fettelin maşınında yan pantonun deflektorunun bir hissəi qopub, Sebastyan boksa qayıdıb, amma sonra trasa çıxıb. Əylənmə zonasında bir çox sürücü səhvə yol verib, trasdan çıxıb, amma geniş təhlükəsizlik zonalaraı maşınları zədələmədən trasa qayıtmağa imkan verib.

Protokollara Kimi Rəykkönen başçılıq edib – 1:29.868, bu dəfə Ferrari-nin sürücüsü Ferstappeni yarım saniyə üstələyib. İki saatdan sonra bizi maraqlı sıralanma turu gözləyir!

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:29.868 15
 2 33 Maks Ferstappen Red Bull 1:30.393 + 0:00.525 8
3 3 Daniel Rikkardo Red Bull 1:30.452 + 0:00.584 8
4 44 Lyuis Həmilton Mercedes AMG 1:30.691 + 0:00.823 14
5 5 Sebastyan Fettel Ferrari 1:30.719 + 0:00.851 8
6 77 Valtteri Bottas Mercedes AMG 1:30.781 + 0:00.913 16
7 27 Niko Hülkenberq Renault 1:31.144 + 0:01.276 11
8 55 Karlos Sayns Renault 1:31.200 + 0:01.332 12
9 10 Pyer Qasli Toro Rosso 1:31.438 + 0:01.570 18
10 14 Fernando Alonso McLaren 1:31.445 + 0:01.577 13
11 28 Brendon Hartli Toro Rosso 1:31.460 + 0:01.592 18
12 8 Roman Qrojan Haas 1:31.513 + 0:01.645 14
13 31 Esteban Okon Force İndia 1:31.554 + 0:01.686 17
14 11 Serxio Peres Force İndia 1:31.564 + 0:01.696 14
15 20 Kevin Maqnussen Haas 1:31.737 + 0:01.869 14
16 9 Markus Eriksson Sauber 1:31.859 + 0:01.991 17
17 2 Stoffel Vandorn McLaren 1:31.860 + 0:01.992 14
18 16 Şarl Lekler Sauber 1:32.047 + 0:02.179 19
19 35 Sergey Sirotkin Williams 1:32.463 + 0:02.595 11
20 18 Ləns Stroll Williams 1:32.865 + 0:02.997 12
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*