Bəhreyn-2018: Tras və statistika

Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanının şərq sahili və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət dövlətdir. Adalardan ən böyüyü Bəhreyn adasıdır, ölkənin paytaxtı Manama bu adada yerləşir

2002-ci il sentyabrın 14-də Bəhreyn Krallığı Qran Pri keçirilməsi üzrə müqavilə imzalamış və tezliklə ilin bütün günlərində yarış keçirməyə imkan verən trasın tikintisinə başlanmışdı. Avtodromun layihəsini Hermann Tilkenin arxitektor bürosu hazırlamışdı, səhranın ortasında reallaşdırılan layihəyə 150 milyon dollar xərc çəkilmişdi. Avtodromun rəsmi açılışı 2004-cü il martın 17-də baş tutmuşdu – iki həftə sonra debüt yarışında Mixael Şumaxer qələbə qazanmışdı.

2010-cu ildə trasın daha uzun kofiqurasiyasından – 6299 metr uzunluğu olan versiyasından istifadə olunmuşdu, bunun üçün dördüncü və beşinci döngələr arasındakı sahəyə 887 metrlik seksiya əlavə edilmişdi, amma 2012-ci ildə təşkilatçılar yenidən əvvəlki konfiqurasiyaya qayıtdılar.

2011-ci ildə ölkədə baş verən siyasi iğtişaşlar üzündən yarış təxirə salınsa da, 2012-ci ildə yarışın taleyi Qran Priyə cəmi bir həftə qalmış həll olunmuşdu – amma bir çox böyük teleşirkətlər jurnalistlərini təhlükəsizlik baxımından ölkəyə göndərməkdən imtina etmişdilər. Son illərdə ölkədə siyasi vəziyyət stabilləşib.

2014-cü ildə Bəhreyn yarışı ilk dəfə süni işıq altında baş tutmuşdu və ondan sonra belə də davam edir. Başqa bir ənənəyə görə, podium qazanan sürücülər uğurlarını şampan şərabı ilə deyil, Waard brendli alkoqolsuz qazlı su ilə qeyd edirlər – bu su qızılgül və nar şirələrinin qarışığından ibarətdir.

2018 FORMULA 1 GULF AIR BAHRAIN GRAND PRIX
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
6-8 aprel 2018 Bahrain International Circuit 5412 m 57 308.238 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Tras təcil (sürətyığma) dinamikasına, əyləclərin effektivliyinə və onların soyudulmasına tələbkardır. Bəhreyndə maşınlar asfaltayatma qüvvəsinin orta səviyyəsinə sazlanırlar, dövrənin 65%-ni sürücülər qaz pedalını döşəməyə sıxaraq qət edirlər. Pit-stopda zaman itkisi 18-19 saniyədir, pit-stopun tam müddəti isə 22-23 saniyə çəkir. Bu həftəsonu pit-leyndə hərəkət sürətinin məhdudiyyəti 80 km/saatdır.

Trasda iki müstəqil DRS zonası var – sürücülər arxa qanadın hərəkətli elementindən arxa düzlükdə və start-finiş düzlüyündə yararlana bilərlər. Maşınlar arasındakı intervallar isə 9-cu və 14-cü döngələrin girişində yerləşir. Bu ildən start düzlüyündəki zonanın uzunluğu 100 metr artırılıb.

Soyutma sisteminin yüklənməsi təqvimdə ən yüksəkdir, çünki trasdakı qum dənələrinə görə maşınlara əlavə süzgəclər qoyulur ki, bu da soyutmanı bir qədər çətinləşdirir.

Trasda demək olar ki, sürətli döngə yoxdur, uzun düzlüklərin sonundakı əylənmə nöqtələri ötmələr üçün çox əlverişlidir. Ən uzun start-finiş düzlüyü və çox yavaş orta sektor mühəndisləri sürət və asfaltayatma qüvvəsi arasındakı ənənəvi kompromisi axtarmağa məcbur edir. Maşınların hazırlanması üçün vacib olan sessiya cümə günü ikinci sərbəst yürüşlərdir – çünki sıralanma turu və yarış eyni vaxtda start alırlar.

2017-ci ilin Bəhreyn Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Aydınlıq, quru S.Fettel Ferrari 1:32.697
2-ci sərbəst yürüşlər Aydınlıq, quru S.Fettel Ferrari 1:31.310
3-cü sərbəst yürüşlər Aydınlıq, quru M.Ferstappen Red Bull 1:32.194
Sıralanma turu Aydınlıq, quru V.Bottas Mercedes AMG 1:28.769
Yarışda sürətli dövrə Aydınlıq, quru L.Həmilton Mercedes AMG 1:32.798

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Bəhreyn Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Şənbə günü sıralanma turu canlı İdman Azərbaycan kanalında yayımlanacaq. Bazar günü isə yarış canlı olaraq Mədəniyyət kanalında yayımlanacaq. Hər bir sessiyanın rəsmi protokolları saytımızda operativ yerləşdiriləcək…

Bəhreyn Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
6 aprel 1-ci sərbəst yürüşlər 15:00
6 aprel 2-ci sərbəst yürüşlər 19:00
7 aprel 3-cü sərbəst yürüşlər 16:00
7 aprel Sıralanma turu 19:00 İdman Azərbaycan, 18:55
8 aprel Yarış 19:10 Mədəniyyət, 19:00

 

Pirelli Preview, Bahrain Grand Prix

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli Saxirə Medium, Soft və SuperSoft tərkibləri gətirəcək. Bottas istisna olmaqla, top komandaların bütün sürücüləri eyni seçimi ediblər. Alonso və Vandorn isə ən çox SuperSoft təkər sifariş edən sürücü olublar.

Sürücü Komanda Medium Soft SuperSoft
Lyuis Həmilton Mercedes AMG 2 4 7
Valtteri Bottas Mercedes AMG 1 5 7
Sebastyen Fettel Ferrari 2 4 7
Kimi Rəykkönen Ferrari 2 4 7
Daniel Rikkardo Red Bull 2 4 7
Maks Ferstappen Red Bull 2 4 7
Serxio Peres Force İndia 2 3 8
Esteban Okon Force İndia 2 3 8
Ləns Stroll Williams 1 5 7
Sergey Sirotkin Williams 2 4 7
Karlos Sayns Renault 2 3 8
Niko Hülkenberq Renault 2 3 8
Pyer Qasli Toro Rosso 1 5 7
Brendon Hartli Toro Rosso 2 4 7
Roman Qrojan Haas 2 3 8
Kevin Maqnussen Haas 1 4 8
Fernando Alonso McLaren 1 3 9
Stoffel Vandorn McLaren 1 3 9
Markus Eriksson Sauber 3 3 7
Şarl Lekler Sauber 2 4 7

 

 

STATİSTİKA

Hazırkı pilotların Bəhreyn Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
L.Həmilton 10 125 2 6 2
K.Rəykkönen 12 114 8
S.Fettel 9 113 2 4 3
F.Alonso 12 65 1 3 3
R.Qrojan 6 50 2
D.Rikkardo 6 42
V.Bottas 6 33 1 1
S.Peres 6 33 1
N.Hülkenberq 7 12
M.Ferstappen 3 8
E.Okon 1 1
S.Vandorn 2 1
K.Sayns 3
K.Maqnussen 3
M.Eriksson 3
L.Stroll 1
S.Sirotkim
P.Qasli
B.Hartli
Ş.Lekler

 

Bəhreyn Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
16.04.2017 Saxir V.Bottas Mercedes AMG S.Fettel Ferrari
03.04.2016 Saxir L.Həmilton Mercedes AMG N.Rosberq Mercedes AMG
19.04.2015 Saxir L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG
06.04.2014 Saxir N.Rosberq Mercedes AMG L.Həmilton Mercedes AMG
21.04.2013 Saxir N.Rosberq Mercedes AMG S.Fettel Red Bull
22.03.2012 Saxir S.Fettel Red Bull S.Fettel Red Bull
14.03.2010 Saxir S.Fettel Red Bull F.Alonso Ferrari
26.04.2009 Saxir Y.Trulli Toyota C.Batton Brawn GP
06.04.2008 Saxir R.Kubitsa BMW Sauber F.Massa Ferrari
15.04.2007 Saxir F.Massa Ferrari F.Massa Ferrari
12.03.2006 Saxir M.Şumaxer Ferrari F.Alonso Renault
03.04.2005 Saxir F.Alonso Renault F.Alonso Renault
04.04.2004 Saxir M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*