FİA bu dəfə də yenilik edib. Cümə axşamı və cümə günləri jurnalistlərin suallarına cəmi 3 nəfər cavab verməli olacaq. Cümə axşamı konfrans otağına Fernando Alonso (McLaren), Valtteri Bottas (Mercedes AMG) və Kimi Rəykkönen (Ferrari), cümə günü isə komanda rəhbərləri – Zek Braun (McLaren), Günter Ştayner (Haas) və Kler Uilyams (Williams) dəvət olunublar: komanda başçıları ikinci sərbəst yürüşlərdən sonra deyil, bu dəfə yürüşlərarası fasilədə jurnalistlərin ixtiyarında olacaqlar.
F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…