Bəhreyn-2018: İkinci sərbəst yürüşlər

Saxirdə ikinci sərbəst yürüşlər ən faydalı məşq sessiyası hesab edilir. Çünki sıralanma turu və yarışla eyni saatda baş tutur.

F-1.az xəbər verir ki, birinci sessiya ilə müqayisədə, asfaltın vəziyyəti yaxşılaşıb. Sürücülər bokslarda çox vaxt itirməyiblər, əsas diqqəti uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa sərf ediblər. Elektrik problemləri üzündən ilk məşqləri buraxan Ferstappen bu dəfə trasa ən tez çıxan sürücülərdən biri olub.

Startdan 13 dəqiqə sonra Eriksson idarəetməni itirərək trasdan çıxıb. Lakin çınqıllı zona ona sürəti azaltmasında kömək edib və baryerlərlə toqquşmaqdan qurtulub. Sona 15 dəqiqə qalmış Rəykkönen mühəndisin göstərişi ilə maşını üçüncü döngədəki təhlükəsizlik zonasında saxlayıb. Buna səbəb pit-stop zamanı sağ ön təkərin yaxşı bağlanmaması olub.

Sessiyanın ən sürətlisi də elə Rəykkönen olub – 1.29:817. Fettel ona cüzi uduzub. Bugünkü məşqlər sıralanma turu simulyasiyasında Ferrari-nin öndə olduğunu, yarış simulyasiyasında isə Red Bull-un tempinin daha yaxşı olduğunu göstərib. Lakin bu gün komandaların motorun resursunu qorumağa çalışdığını nəzərə alsaq, şənbə gününün daha maraqlı keçəcəyini deyə bilərik.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:29.817 32
2 5 Sebastyan Fettel Ferrari 1:29.828 + 0:00.011 37
3 77 Valtteri Bottas Mercedes AMG 1:30.380 + 0:00.563 31
4 44 Lyuis Həmilton Mercedes AMG 1:30.472 + 0:00.655 32
5 33 Maks Ferstappen Red Bull 1:30.745 + 0:00.928 32
6 3 Daniel Rikkardo Red Bull 1:30.751 + 0:00.934 31
7 27 Niko Hülkenberq Renault 1:31.220 + 0:01.403 34
8 10 Pyer Qasli Toro Rosso 1:31.232 + 0:01.415 38
9 14 Fernando Alonso McLaren 1:31.282 + 0:01.465 29
10 2 Stoffel Vandorn McLaren 1:31.422 + 0:01.605 35
11 8 Roman Qrojan Haas 1:31.591 + 0:01.774 33
12 55 Karlos Sayns Renault 1:31.601 + 0:01.784 34
13 31 Esteban Okon Force İndia 1:31.809 + 0:01.992 31
14 11 Serxio Peres Force İndia 1:31.868 + 0:02.051 34
15 20 Kevin Maqnussen Haas 1:31.969 + 0:02.152 35
16 16 Şarl Lekler Sauber 1:32.372 + 0:02.555 37
17 18 Ləns Stroll Williams 1:32.382 + 0:02.565 30
18 35 Sergey Sirotkin Williams 1:32.474 + 0:02.657 37
19 9 Markus Eriksson Sauber 1:32.733 + 0:02.916 32
20 28 Brendon Hartli Toro Rosso 1:32.908 + 0:03.091 38

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*