Bəhreyn-2018: DHL Fastest Pit Stop Award

Artıq dördüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

Adətən mövsümün ilk yarışlarında pit-stopların sürəti nisbətən aşağı olur – bu tendensiya Bəhreyndə də davam edib. Avstraliyada olduğu kimi, bu dəfə də 3 saniyədən daha uzun müddətdə baş tutan pit-stop əməliyyatları ilk onluğa düşüb.

F-1.az bildirir ki, Melburnda hamıdan sürətli olan Red Bull mexaniklərinin hər iki sürücü yarışın əvvəlində mübarizəni dayandırdığından bu dəfə özlərini göstərmək şansları olmayıb.  Ferrari mexanikləri bu fürsətdən istifadə ediblər – onların Sebastyan Fettelin maşınına 2.24 saniyəyə xidmət göstərərək birinci olublar. Keçən il yaxşı nəticələrlə yadda qalan Williams mexanikləri bu dəfə ikinci ola biliblər – onlar Sergey Sirotkinin maşınının dörd təkərini 2.40 saniyəyə dəyişiblər. Mercedes mexanikləri isə ilk üçlüyü bağlayıblar.

İki nəticə ilə ilk onluqda təmsil olunan cəmi iki komanda var – Ferrari və Force İndia

Komanda Avstraliya Bəhreyn Çin Azərbaycan İsaniya Monako Kanada France Avstriya Britaniya Germany Macarıstan Belçika İtaliya Sinqapur Rusiya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
1. Ferrari 22 29 51
2. Red Bull 40 0 40
3. Williams 12 18 30
4. Force İndia 2 18 20
5. Mercedes 1 15 16
6. Renault 0 12 12
7. Sauber 6 6 12
8. Haas 10 1 11
9. Toro Rosso 8 0 8
10. McLaren 0 2 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*