Adətən mövsümün ilk yarışlarında pit-stopların sürəti nisbətən aşağı olur – bu tendensiya Bəhreyndə də davam edib. Avstraliyada olduğu kimi, bu dəfə də 3 saniyədən daha uzun müddətdə baş tutan pit-stop əməliyyatları ilk onluğa düşüb.
F-1.az bildirir ki, Melburnda hamıdan sürətli olan Red Bull mexaniklərinin hər iki sürücü yarışın əvvəlində mübarizəni dayandırdığından bu dəfə özlərini göstərmək şansları olmayıb. Ferrari mexanikləri bu fürsətdən istifadə ediblər – onların Sebastyan Fettelin maşınına 2.24 saniyəyə xidmət göstərərək birinci olublar. Keçən il yaxşı nəticələrlə yadda qalan Williams mexanikləri bu dəfə ikinci ola biliblər – onlar Sergey Sirotkinin maşınının dörd təkərini 2.40 saniyəyə dəyişiblər. Mercedes mexanikləri isə ilk üçlüyü bağlayıblar.
İki nəticə ilə ilk onluqda təmsil olunan cəmi iki komanda var – Ferrari və Force İndia