Bəhreyn-2018: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, Avstraliya Qran Prisinin nəticələri bukmeykerlərin fikirlərinə təsir etməyib – onlar yenə də Həmiltonu əsas favorit hesab edirlər. İlk yarışın qalibi Fettelin şansı onunla müqayisədə xeyli az qiymətləndirilir.

Bəhreyn Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.91
Sebastyan Fettel 4.00
Valtteri Bottas 7.00
Maks Ferstappen 11.00
Daniel Rikkardo 13.00
Kimi Rəykkönen 17.00
Fernando Alonso 101.00

 

Həmilton titula əsas namizəd olaraq qalır. Bukmeykerlər ona ən çox Fettelin müqavimət göstərəcəyini düşünürlər. Rikkardo və Bottasın şansları bərabər qiymətləndirilsə də, Ferstappenin çempionluğuna onlardan daha çox inanırlar.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.53
Sebastyan Fettel 4.50
Maks Ferstappen 8.00
Valtteri Bottas, Daniel Rikkardo 15.00
Kimi Rəykkönen 34.00
Fernando Alonso 101.00

 

Mövsümün ilk yarışından sonra Ferrari-dən 22 xal geri qalsa da, Mercedes yenə də Mühəndislər Kubokunu qazanmağa ən yaxın komanda hesab edilir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.36
Ferrari 4.50
Red Bull 6.00
McLaren 101.00
Renault, Haas 501.00
Force İndia 1901.00
Williams,Toro Rosso, Sauber 2001.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*