Bəhreyn-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiqləyib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Saxir trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə trasda heç bir dəyişiklik edilməyib.

Hermann Tilkenin qurduğu trasda bu il ötmə (DRS) zonaları elə əvvəlki sahələrdə yerləşəcək – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 10-cü döngə ilə 11-ci döngə arasındakı arxa düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 14-cü döngəyə 108 metr və 9-cu döngəyə 10 metr qalmış ölçüləcək.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*