Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.
F-1.az bildirir ki, Bəhreyndə iki sürücü balla cəzalandırılıb – Ləns Strolla qəza edən Karlos Sayns və pit yolunun girişində Daniel Rikkardonu ləngidən Lyuis Həmiltona 2 cərimə balı verilib. Karlos Sayns həm də Soçidəki yarışda startda üç yer itirəcək.
Növbəti yarış iki həftə sonradır və bu müddət ərzində balı silinən yeganə sürücü Niko Hülkenberqdir və bu, cədvəldə nəzərə alınıb. Xatırladaq ki, keçən il Rusiyada baş tutmuş yarışda üç sürücü cərimələnmişdi. Lakin həmin yarış mayın 1-də baş tutmuşdu. Builki yarışın aprelin 30-da olduğunu nəzərə alsaq, həmin cərimə balları yarışdan bir gün sonra qüvvədən düşəcək.
Yer | N | Sürücü | Bal | 1-ci cərimə | 2-ci cərimə | 3-cü cərimə | 4-cü cərimə |
1 | 26 | Dannil Kvyat | 8 | 3 (Rusiya, 2016) | 2 (Monako, 2016) | 2 (ABŞ, 2016) | 1 (Meksika, 2016) |
2 | 21 | Esteban Qutyerres | 7 | 2 (Rusiya, 2016) | 2 (Macarıstan, 2016) | 3 (Belçika, 2016) | |
3 | 30 | Colion Palmer | 7 | 2 (Avstriya, 2016) | 2 (Əbu Dabi, 2016) | 3 (Çin, 2017) | |
4 | 55 | Karlos Sayns | 7 | 2 (Rusiya, 2016) | 2 (Almaniya, 2016) | 1 (Meksika, 2016) | 2 (Bəhreyn, 2017) |
5 | 6 | Niko Rosberq | 6 | 2 (Avstriya, 2016) | 2 (Almaniya, 2016) | 2 (Malayziya, 2016) | |
6 | 5 | Sebastyan Fettel | 6 | 2 (Britaniya, 2016) | 2 (Malayziya, 2016) | 2 (Meksika, 2016) | |
7 | 27 | Niko Hülkenberq | 4 | 4 (Çin, 2017) | |||
8 | 94 | Paskal Verlyayn | 4 | 4 (Monako, 2016) | |||
9 | 31 | Esteban Okon | 4 | 2 (Sinqapur, 2016) | 2 (Braziliya, 2016) | ||
10 | 20 | Kevin Maqnussen | 4 | 2 (İspaniya, 2016) | 2 (ABŞ, 2016) | ||
11 | 12 | Felipe Nasr | 4 | 2 (Avstriya, 2016) | 2 (İtaliya, 2016) | ||
12 | 8 | Roman Qrojan | 3 | 3 (Çin, 2017) | |||
13 | 11 | Serxio Peres | 3 | 3 (Sinqapur, 2016) | |||
14 | 7 | Kimi Rəykkönen | 2 | 2 (Avropa, 2016) | |||
15 | 9 | Markus Eriksson | 2 | 2 (Monako, 2016) | |||
16 | 88 | Rio Haryanto | 2 | 2 (Avstriya, 2016) | |||
17 | 19 | Felipe Massa | 2 | 2 (Braziliya, 2016) | |||
18 | 77 | Valtteri Bottas | 2 | 2 (Monako, 2016) | |||
19 | 44 | Lyuis Həmilton | 2 | 2 (Bəhreyn,2017) | |||
20 | 33 | Maks Ferstappen | 1 | 1 (Meksika, 2016) |