F-1.az bildirir ki, ilk sessiyada motor problemi yaşayan Stoffel Vandorn bu sessiyaya da gec – startdan 40 dəqiqə sonra qoşula bilib. Lakin davam edən problemlər belçikalıya çox dövrə vurmağa imkan verməyib. Startdan 17 dəqiqə sonra Karlos Sayns tüstülənən maşını saxlamalı olub və Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.
Valtteri Bottas Çində məşqlərdə yaşadığı problemlə burada da qarşılaşıb – “üzgəc”in başındakı qanad qopduğundan boksa qayıtmalı olub. Lakin sonra məşqlərə davam edə bilib. Onun maşınından qopan hissə Maks Ferstappenin maşınını zədələyib və RB13-ün altlığının dəyişdirilməsi Maks üçün xeyli vaxt itkisinə səbəb olub.
Birinci sessiyadan fərqli olaraq, bu dəfə Medium təkərlərdən istifadə olunmayıb – sürücülər sessiyanın əvvəlində Soft, sonra isə SuperSoft təkərlərlə işləyiblər.
Sebastyan Fettel güc qurğusundakı problemə görə maşını son döngədəki təhlükəsizlik zonasında saxlamalı olub. Marşallar SF70H-ı mexaniklərə çatdırıblar, lakin bir qədər sonra Fettel yenidən boksu tərk edib. Onun SuperSoft-la ilk cəhddə vurduğu dövrə ən sürətli olub – 1:31.310. Sürücülər SuperSoft tərkiblə 20-dən çox dövrə vurublar, bu da yarışda bir pit-stopun olacağından xəbər verir.
Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:31.310 | – | 29 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:31.351 | + 0:00.041 | 35 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:31.376 | + 0:00.066 | 28 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:31.478 | + 0:00.168 | 34 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:31.594 | + 0:00.284 | 35 |
6 | 27 | Niko Hülkenberq | Renault | 1:31.883 | + 0:00.573 | 37 |
7 | 19 | Felipe Massa | Williams | 1:32.079 | + 0:00.769 | 37 |
8 | 3 | Maks Ferstappen | Red Bull | 1:32.245 | + 0:00.935 | 18 |
9 | 8 | Roman Qrojan | Haas | 1:32.505 | + 0:01.195 | 34 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:32.707 | + 0:01.397 | 35 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:32.854 | + 0:01.544 | 33 |
12 | 31 | Esteban Okon | Force İndia | 1:32.875 | + 0:01.565 | 38 |
13 | 30 | Colion Palmer | Renault | 1:32.876 | + 0:01.566 | 38 |
14 | 14 | Fernando Alonso | McLaren | 1:32.897 | + 0:01.587 | 31 |
15 | 11 | Serxio Peres | Force İndia | 1:33.319 | + 0:02.009 | 34 |
16 | 18 | Ləns Stroll | Williams | 1:33.361 | + 0:02.051 | 36 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:33.944 | + 0:02.634 | 34 |
18 | 55 | Karlos Sayns | Toro Rosso | 1:34.072 | + 0:02.762 | 5 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:34.117 | + 0:02.807 | 29 |
20 | 2 | Stoffel Vandorn | McLaren | 1:34.230 | + 0:02.920 | 8 |