Bəhreyn-2017: Həftəsonuna hava proqnozu

Bəhreyndə yarış süni işıqlar altında keçiriləcək. Start yerli vaxtla 18:00-da veriləcək, günəş isə startdan cəmi bir dəqiqə əvvəl - 17:59-da batacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, son hava proqnozu da yağmursuz hava şəraiti vəd edir. Həftəsonu ən isti gün cümə günü olacaq. Havanın temperaturu +34 dərəcəyə qədər yüksələcək, mülayim şimal-şərq küləyi əsəcək. Şənbə günü +33 dərəcə istilik gözlənilir. Yarışın keçiriləcəyi bazar günü isə temperatur bir qədər düşəcək və maksimum +28 dərəcəyə çatacaq.

Xatırladaq ki, keçən il Saxirdə bütün sessiyalar quru havada baş tutmuşdu.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*