Bəhreyn-2017: Günün sürücüsü – Sebastyan Fettel

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi 2016-cı il Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, həmin Qran Pridən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, yarışa üçüncü yerdən başlamasına baxmayaraq, Mercedes AMG sürücülərini qabaqlayaraq ilk üç yarışda ikinci qələbəsini qazanan Sebastyan Fettel  “Günün Sürücüsü” seçilib.

Fettel bu mövsüm Avstraliyadakı yarışda da “Günün Sürücüsü” seçilmişdi. Çində isə bu ada Maks Ferstappen layiq görülmüşdü.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*