Bir il əvvəl italiyalıları haqlı olaraq qınayırdılar ki, mövsümün gedişində maşınların təkmilləşdirilməsi sürəti üzrə onlar heç cür F1 liderləri sırasına daxil deyillər. Lakin bu mövsümdə Mercedes-lə mübarizə tamamilə başqa müstəvidə gedir və Maranelloda fəal surətdə yeniliklər üzərində çalışırlar.
Zahirən üçüncü mərhələdə başlıca dəyişikliklərdən biri yeni SF70H ön qanadı oldu. Onun ümumi fəlsəfəsi əvvəlki kimi qaldı, amma detallar təshih edildi.
Əsas səth indi çöl tərəfdən uzun yan deşiklərlə (onlardan biri göy oxla göstərilib) üç yerə ayrılıb. Ön kənar-haşiyə yan plastindən uzaqda duran başqa formalı “tağ” (ağ oxla göstərilib) əldə edib.
Bu dəyişikliklər çöl tərəfdə olan bütün sonrakı elementlərə – rənglənməyənlərə toxundu. Bunlardan ən ucqar olanına (sarı oxlarla göstərilib) tunel artıq aşkar ifadəli düzbucaqlı forma kəsb edir – oxşar həlli artıq müəyyən müddətdir ki, Mercedes-də istifadə edirlər.
Bütün səylər təkəri dolanıb keçən hava axınlarına daha sərfəli konfiqurasiya verməyə istiqamətlənib.
Həmçinin, qeyd etməyə dəyər ki, daxili baş kaskadın elementlərinin hissələrinin (ağ rəngə boyanmış) forması və eni də başqa oldu. Bu, asfaltayatma qüvvəsini dəyişməyə və Y250 qasırğasına başqa forma verməyə imkan yaratdı.
Bundan savayı, hücum bucağı nizamlayıcısı (yuxarıdakı fotoda qara oxla göstərilib) bir qədər daxilə yer dəyişdirərək, daha geniş tunel üçün yer boşaldıb.
Soyutma qəlsəmələri
Soyutma məsələləri Bəhreyndə birinci plana çıxır. Mürəkkəblik ondadır ki, əgər bu məqsədlər üçün həddən artıq hava istiqamətləndirilsə, onda ön müqavimət dərhal qalxacaq, əgər xeyli az olsa, onda güc qurğusu izafi qızma təhlükəsi altında qalır.
Ferrari-də ondan başladılar ki, kokpitin ətrafındakı çıxış dəliklərini genişləndirdilər – cümə axşamı texniki təftişi maşın yeni, daha uzun panellə keçdi.
Sizin görə bildiyiniz kimi, konstruktorları qəlsəmələrin ənənəvi forması qane eləmədi və onlardan hər birinin kənarında əlavə olaraq V-şəkilli kəsik apardılar. Bu, pantondan çıxan və onun yuxarı səthi üzrə axan havanın qarşılıqlı təsirinin mənzərəsini dəyişdirdi.
Altlıq
Ferrari, yeni reqlamenti, axınlara arzu edilən konfiqurasiya verərək, pantonların qarşısında bir neçə aerodinamik element yerləşdirib, bunların demək olar ki, perpendikulyar ön kənarını saxlamaq üçün təfsir edən yeganə komanda oldu.
Elə həmin zonada, bir qədər aşağıda splitterdən kənara çıxan trapesiyaşəkilli qabarma aşkar edildi. Onun səthində havaya maşının altından yuxarı çıxan və pantonun aşağı hissəsindəki “kəsiyə” düşmək imkanı verən uzununa kəsik var.
Bu kəsik leqaldır, baxmayaraq ki, açıqdır – çünki kokpitin arxa divarından 450 mm-likdə yerləşir, ona görə də altlığın digər sahələrinə tətbiq edilən məhdudiyyətlərə aid olmur.
Amma, az qala başlıca intriqa maşının arxa hissəsində, belə görünür ki, altlığın əlavə funksiya əldə etdiyi yerdə gizlənib.
Biz artıq yazmışdıq ki, Çin Qran Prisində Ferrari, soyutma sistemində yeni həll haqqında danışmağa imkan verən ilk yeniliklər elədi ki, bunlar komandaya isti yarışmalarda kömək göstərmək məqsədi daşıyır. Əvvəlcə, müşahidəçilər hələ testlərdə altlıqda kanal gördülər. Az sonra komanda onun üstündə termal sensorlar quraşdırdı ki, bununla bir sıra məsələlər ortaya çıxdı – bundan sonra bircə saatın içərisində bütün elementləri götürərək çıxış konfiqurasiyasına geri döndü.
Məlum olduğu qədəri, kanalın içərisindən ötürücülər qutusu ilə birləşən yağ boruları keçirdi. Bu həll soyutma sisteminin bir hissəsini pantonlardan çıxarmağa imkan verdi.
Şanxayda komanda altlıqda artırılmış qalınlığa malik, kəpənək qanadları formasında (oxlarla göstərilib) bütöv bir sahə yerləşdirərək irəliyə doğru növbəti addım atdı.
Bu cür cizgilər aerodinamika baxımından daha sərfəlidir, amma həm də onlar bu sahəyə sərtlik əlavə edirlər. Sosial şəbəkələrdə dərc olunmuş bəzi kadrlara görə belə mülahizə yürütmək olar ki, Ferrari-nin altlığı yetərincə mütəhərrikdir və yük altında həndəsəsini dəyişir.
Bu effekt ilk növbədə altlıq sahəsində ön təkərlərdən sonra dərhal meydana çıxır – burada kənar-haşiyə olduqca maraqlı formaya malikdir və üstəlik uzun kəsiklə ayrılıb (ağ oxlarla göstərilib). Elə buradaca metal element (qırmızı oxla göstərilib) görmək olar, o, sərtlik əlavə edir və istisna deyil ki, hətta müəyyən önyükləməyə malikdir.
Kəsiyin özü maşında hələ qış testlərinin gedişində mövcud idi, amma onun forması o vaxtdan bir qədər təshih edilib.
Bu sahədə altlığın kənarının titrəyişləri özünəməxsus hava maneəsi yaratmağa imkan verir ki, bu da əks halda altlıq və diffuzoru generasiya edən asfaltayatma qüvvəsinə mənfi təsir edərdi.
Ferrari – bu zamanda kəsiklərdən istifadə edən yeganə komanda deyil. 2017-ci ildə Mercedes, Toro Rosso, Haas və McLaren oxşar tərzdə hərəkət edirlər.
Bütün onlar hazırda altlıqda o baş-bu baş dəliklərin olmasına imkan verən qayda dəyişikliklərindən istifadə edirlər. Ancaq təkcə Ferrari mütləq xüsusi aerodinamik effektə nail olmaq üçün uzun kəsikli həlli realizə etdi.
Arxa qanad pilonları
Ferrari-nin altlığındakı qalınlaşmanın nəyi gizlədiyi barəsindəki şayiələr paddokda çoxalır. Lakin daha bir maraqlı sahə var – arxa antiqanad. Deyirlər ki, Ferrari köhnə fəndi işlədib – onun, uzun düz məsafələrdə yük altında geriyə əyilərək istənilən ön müqaviməti aşağı salmasına nail oldu. Bu əhvalat, demək olar ki, bir il əvvəl İspaniya Qran Prisində başladı: geriyə istiqamətləndirilmiş bort kamerasından çəkilən kadrlar aşkar nümayiş etdirirdi ki, sürət yüksəldikcə qanad getdikcə daha artıq köndələn ox ətrafında fırlanır, əylənləmədə isə çıxış nöqtəsinə geri qayıdır. Bu zaman maşın bütün yüklənmə sınaqlarını uğurla keçirdi.
Hazırda Ferrari arxa qanadın bərkidilməsi üçün iki pilondan istifadə edən yeganə komandadır. Özü-özlüyündə bu həll çox mübahisəlidir, belə ki, başqalarında olduğu kimi yeganə aerodinamik pilon xeyli daha sərfəlidir. Ferrari-nin nümayəndələri artıq cavab vermişdilər ki, onların variantı da öz müsbət cəhətlərinə malikdir. O yüngüldür və “lehinə” və “əleyhinə”ləri hesabladıqdan sonra konstruktorlar ondan istifadə etmək qərarına gəldilər.
Asılqan
FİA aerodinamikaya təsir göstərən həllərdən istifadəni qadağan etdi – bundan ötrü Mercedes və Red Bull öz asılqanlarını “hiyləgər” hidravlik sistemlərlə yenidən qurmalı oldular. Ferrari də həmçinin, bu sahəni baxış bucağından kənarda saxlamır. Maranelloda da Berklidən olan öz həmkarlarının keçənilki fəndindən istifadə edərək, daxili elementləri daha səmərəli qurmaq üçün şassinin ön hissəsində böyük kəsik apardılar və S-havaötürücünün qurulması zamanı əlavə fayda əldə etdilər. SF70H-nin konstruksiyasında bu həll və elementlərdən istifadə olundu:
1. Pito borusu, axışan havanın sürətini ölçən bu boru bir qədər yuxarı qaldırıldı ki, ondan S-havaötürücünün çıxış kanalları keçsin.
2. Asılqanın torsionları.
3. Roker linkləri (diaqonal üzrə yerləşiblər). Son vaxtlar, artıq yer almağa can ataraq, komandalar onları getdikcə yuxarı qaldırırlar. Şassidə kəsik və bunun üzərindən dekorativ panelin istifadə olunması bunu etməyə imkan verir.
4. Şassinin şaquli yerdəyişməsinə cavab verən üçüncü “antibaşvurma” elementi. Bu qış baş verən bütün səs-küy elə məhz bu detaldan və onunla bağlı köməkçi hidravlik komponentlərdən istifadə etməklə əlaqədar idi.
Rokerlər kimi, bu element həmçinin, maksimal olaraq yuxarıya doğru yer dəyişib və şassinin kəsiyində yerləşir.
5. Sükan linki.