Bəhreyn-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

Bu ildən DHL şirkətinin təsis etdiyi Fastest Pit Stop Award mükafatı yeni qaydalarla keçirilir – yarışın gedişində ən sürətli pit-stoplara görə komandalara elə əsl yarışda olduğu kimi xallar verilir. Şirkət bu yolla mükafat uğrunda mübarizəni daha maraqlı etdiyini düşünür, amma hələlik keçən il olduğu kimi bu çempionatda Williams komandası hegemonluq edir.

F-1.az bildirir ki, Williams-Felipe Massa tandemi Bəhreyndə yenə də keçilməz olub. Qrouvlu komandanın mexanikləri braziliyalının maşınında dörd təkəri 2.34 saniyəyə dəyişiblər. Bu, daha enli yeni təkərlərlə indiyə qədər edilmiş ən sürətli pit-stopdur. Burada uğur əsasən mexaniklərin adına yazılır, lakin Massanın rolunu da danmaq olmaz. Təcrübəli sürücü maşını işarələnmiş yerdə düz saxlayaraq onların işini xeyli asanlaşdırır.

Force İndia da bu sahədə fərqlənən komandalardan biri olub. Hər iki sürücüsü ilə etdiyi pit-stop ilk onluğa düşüb – onlar ikinci və dördüncü yerləri tutublar. Komanda ümumi nəticədə üçüncü yerə yüksəlib. McLaren komandası Fernando Alonso üçün ən sürətli 9-cu pit-stopla bu il ilk xallarını qazanıb. Renault və Sauber komandaları isə ilk üç yarışda hələ də ilk onluğa düşə bilməyiblər…

 

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
Williams 40 25 31 96
Red Bull 6 27 19 52
Force İndia 6 12 30 48
Ferrari 11 20 10 41
Mercedes AMG 26 1 8 35
Toro Rosso 12 10 1 23
Haas 0 6 0 6
McLaren 0 0 2 2
Renault 0 0 0 0
Sauber 0 0 0 0
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*