F-1.az bildirir ki, sürücülər bir dövrə vurduqdan sonra boksa qayıdıblar və yalnız 20 dəqiqədən sonra işləməyə başlayıblar. Sauber-də əvvəlki iki yarışı buraxmalı olan Paskal Verlyayn sükan arxasına qayıdıb. Onun üçün mümkün qədər çox məsafə qət etmək vacib olmasına baxmayaraq, o da trasa çıxmağa tələsməyib.
Komandaların əsas proqramını aerodinamik elementlərin effektivliyinin qiymətləndirilməsi təşkil edib. Şanxay yarışından cəmi bir həftə keçməsinə baxmayaraq, komandalar Saxirə çoxsaylı yeniliklər gətiriblər. Ferrari komandası SF70-in ilk iki yarışdan daha çoxsaylı elementlərdən ibarət yeni ön qanadını test edib. Red Bull və Force İndia komandaları da aerodinamik boya ilə işləyiblər.
Bir çox sürücü böyük ehtimalla yarışda istifadə edilməyəcək Medium təkərlərlə işləyib. Onlardan bəziləri isə asfaltla ilişmənin olmamasından şikayətləniblər. İstənilən halda, bunlar aerodinamikanın yoxlanılmasına mane olmayıb.
Sessiyanın 39-cu dəqiqəsində turbinin qızması nəticəsində maşınından tüstü çıxan Kimi Rəykkönen məşqləri vaxtından əvvəl dayandırmalı olub. Sona 20 dəqiqə qalmış isə Stoffel Vandorn motor probleminə görə onuncu döngədə təhlükəsizlik zonasında maşını saxlamalı olub. Son dəqiqələrdə Felipe Massa əyləc problemi ilə qarşılaşıb, lakin maşını boksa gətirə bilib.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1:32.697. Bu, keçən il burada keçirilən ilk sərbəst yürüşlərlə müqayisədə daha pis nəticədir, lakin komandalar sürətli dövrələr üzərində işləməyiblər. Məşqlər axşam davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:32.697 | – | 21 |
2 | 3 | Daniel Rikkardo | Red Bull | 1:33.097 | + 0:00.400 | 22 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:33.566 | + 0:00.869 | 23 |
4 | 11 | Serxio Peres | Force İndia | 1:34.095 | + 0:01.398 | 22 |
5 | 19 | Felipe Massa | Williams | 1:34.246 | + 0:01.549 | 24 |
6 | 18 | Ləns Stroll | Williams | 1:34.322 | + 0:01.625 | 25 |
7 | 31 | Esteban Okon | Force İndia | 1:34.332 | + 0:01.635 | 23 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:34.372 | + 0:01.675 | 14 |
9 | 8 | Roman Qrojan | Haas | 1:34.564 | + 0:01.867 | 21 |
10 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.636 | + 0:01.939 | 28 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:34.838 | + 0:02.141 | 13 |
12 | 27 | Niko Hülkenberq | Renault | 1:34.927 | + 0:02.230 | 13 |
13 | 2 | Stoffel Vandorn | McLaren | 1:34.997 | + 0:02.300 | 10 |
14 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:35.002 | + 0:02.305 | 27 |
15 | 30 | Colion Palmer | Renault | 1:35.068 | + 0:02.371 | 19 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:35.579 | + 0:02.882 | 21 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:35.888 | + 0:03.191 | 23 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:35.959 | + 0:03.262 | 22 |
19 | 55 | Karlos Sayns | Toro Rosso | 1:36.079 | + 0:03.382 | 16 |
20 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:42.333 | + 0:09.636 | 6 |