F-1.az bildirir ki, bu gün Bəhreyndə hava bir az qızıb, düzdür, komandaların hələ dekabrda güman etdikləri temperatur hələ yoxdur, ona görə də təkər seçiminin bu həftəsonu nə dərəcədə düzgün olması sabah bilinəcək. Sürücülərin çoxu Soft və SuperSoft-la işləyib və yalnız McLaren komandası sessiyaya Medium-la başlayıb. Komandanın debütantı Stoffel Vandorn sessiyanın əksər vaxtını yağ sızıntısı üzündən boksda keçirməli olub.
Gecə Williams komandası çoxdan gözlədiyi yeni qısa burun elementini Britaniyadan təyyarə ilə alıb – burun tək nüsxədə olduğu üçün çempionatda öndə olan Massanın maşınına qoyulub və nəticədə Massa məşqlərdə komanda yoldaşına uduzub.
Sessiyanın sonunda sürücülər təzə SuperSoft dəsti ilə qısa dövrələr seriyasına çıxıblar. Rosberq ilk cəhdində protokollara başçılıq etsə də, əvvəlcə Rəykkönen, sonra isə Fettel önə çıxıblar. Bizi maraqlı sıralanma turu gözləyir!
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:31.683 | – | 22 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:31.723 | + 0:00.040 | 13 |
3 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:32.104 | + 0:00.421 | 18 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:32.160 | + 0:00.477 | 14 |
5 | 77 | Valtteri Bottas | Williams | 1:32.675 | + 0:00.992 | 18 |
6 | 8 | Roman Qrojan | Haas | 1:33.082 | + 0:01.399 | 14 |
7 | 26 | Daniil Kvyat | Red Bull | 1:33.113 | + 0:01.430 | 10 |
8 | 21 | Esteban Qutyerres | Haas | 1:33.337 | + 0:01.654 | 14 |
9 | 19 | Felipe Massa | Williams | 1:33.363 | + 0:01.680 | 18 |
10 | 3 | Daniel Rikkardo | Red Bull | 1:33.519 | + 0:01.836 | 20 |
11 | 9 | Markus Eriksson | Sauber | 1:33.569 | + 0:01.886 | 16 |
12 | 20 | Kevin Maqnussen | Renault | 1:33.617 | + 0:01.934 | 9 |
13 | 22 | Censon Batton | McLaren | 1:33.704 | + 0:02.021 | 12 |
14 | 47 | Stoffel Vandorn | McLaren | 1:33.744 | + 0:02.061 | 11 |
15 | 33 | Maks Ferstappen | Toro Rosso | 1:33.778 | + 0:02.095 | 20 |
16 | 55 | Karlos Sayns | Toro Rosso | 1:34.003 | + 0:02.320 | 20 |
17 | 12 | Felipe Nasr | Sauber | 1:34.013 | + 0:02.330 | 15 |
18 | 27 | Niko Hülkenberq | Force İndia | 1:34.128 | + 0:02.445 | 16 |
19 | 11 | Serxio Peres | Force İndia | 1:34.281 | + 0:02.598 | 15 |
20 | 30 | Colion Palmer | Renault | 1:34.424 | + 0:02.741 | 9 |
21 | 88 | Rio Haryanto | Manor | 1:35.546 | + 0:03.863 | 15 |
22 | 94 | Paskal Verlyayn | Manor | 1:35.724 | + 0:04.041 | 16 |