Bəhreyn-2016: Sıralanma turu

İki həftə əvvəl Melburnda baş tutan mövsümün ilk sıralanma turundan sonra komandalar razılaşmışdılar ki, növbəti mərhələdən keçənilki qaydalara qayıtsınlar. Amma FİA onları bu imkan məhrum edib. Federasiya F1 Komissiyasının iclasında müzakirəyə keçid variantını irəli sürmüşdü - ilk iki sessiya yeni qaydalarla, sonuncu sessiya isə köhnə qaydalarla, amma komandalar bu variantı dəstəkləmədikləri üçün bu gün Bəhreyndə sıralanma turu yeni qaydalarla keçirilib.

F-1.az xəbər verir ki, həkimlər Fernando Alonsonu Avstraliyadakı qəzanın nəticələri üzündən sükan arxasına buraxmayıblar – ispaniyalı sürücünü McLaren komandasının ehtiyat sürücüsü Stoffel Vandorn əvəz edib.

Dünən və bu gün hava komandaların güman etdiklərindən soyuq olub. Yeni qaydalara əsasən, komandalar həftəsonu üçün təkər dəstlərini hələ keçən ilin sonunda müəyyən etmişdilər. Ona görə də dünən komandalar tərkiblər arasındakı böyüks ürət fərqindən və Medium təkərlərin affektivliyinin az olmasından gileyləniblər. Sabahkı yarış üçün strategiyanın seçilməsi və yarışa təkər dəstlərinin qənaət edilməsi yenə də həlledici faktor olub.

Bəhreyndə sıralanma turu elə də böyük əhəmiyyət kəsb etmir – tras ötməyə imkan verir, son 7 ildə poulun sahibi cəmi 2 dəfə qələbə qazana bilib. Dünən birinciikinci sərbəst yürüşlərdə Niko Rosberq, bu gün səhər isə Sebastyan Fettel protokollara başçılıq ediblər.

Kevin Maqnussen dünən tərəzidə çəkilmək prosedurunu buraxdığı üçün pit-leyndən start almaq cəzasına məhkum olunsa da, bu gün sıralanma turunda iştirak edib.

İki həftə əvvəl olduğu kimi, ilk sessiyaya hamı SuperSoft təkərlərlə başlayıb. Ferrari və Mercedes AMG sürücüləri trasa birinci çıxıblar və Rosberq protokollarda ilk sətri zəbt edib – 1:31.325, ilk dördlük 0.4 saniyəyə yerləşib.

Felipe Nasr mübarizədən kənar qalan ilk sürücü olub, ondan sonra ardıcıllıqla Haryanto, Palmer, Maqnussen və Peres mübarizəni dayandırıblar. Bu qrupda ən yaxşı nəticəni isə Verlyayn göstərib.

İkinci sessiya pit-leynin çıxışındakı işıqforun sıradan çıxması ilə başlayıb – xronometraj işə düşsə də, işıqfor qırımızı rəngdə qalıb. Marşalalrın pit-leyndə yaşıl bayraqları dalğalandırmasından sonra sürücülər trasa tələsiblər.

İlk cəhdində Həmilton protokollarda liderliyi ələ alıb – 1:30.039, Kvyat isə mübarizəni ilk dayandıran sürücü olub. Sonra McLaren sürücüləri və Qutyerres mübarizədən kənar qalıblar. Hülkenberq ikinci dəfə trasa çıxıb və 8-ci nəticə göstərməklə sonuncu sessiyaya keçə bilib. Williams sürücüləri də gözlənilmədən trasa çıxıblar, hərçənd, buna heç bir ehtiyac yox idi.

Son sessiyada Fettel ilk cəhdində yaxşı nəticə göstərsə də Rosberq olunu üstələyib – 1:29.897, Rəykkönen 3-cü, səhvə yol verən Həmilton isə 4-cü nəticə göstəriblər.

Hülkenberq, Massa, Bottas və Rikkardo növbə ilə mübarizəni dayandırıblar. Mercedes AMG və Ferrari sürücüləri isə ikinci cəhdlərinə çıxıblar. Həmilton trasına rekorduna imza atmaqla Rosberqi 0.077 saniyə üstələyə bilib.

Posulun sahibi yenə də sessiya başa çatmamış məlum olub – sabah isə komandalar Todr və Ekklstounla sıralanma turu formatını bir daha müzakirə edəcəklər.

Lyuis Həmilton mövsümdə və Bəhreyndə ardıcıl 2-ci, karyerasında isə 51-ci poulunu qazanıb. Mercedes AMG sürücüləri ilk cərgədən, Ferrari sürücüləri isə ikinci cərgədən start alacaqlar. Yarışın startı və gedişatı maraqlı olacaq!

Yer Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Yer Zaman Dövrə
1 Lyuis Həmilton Mercedes AMG 2 1:31.391 5 1 1:30.039 3 1 1:29.493 6
2 Niko Rosberq Mercedes AMG 1 1:31.325 4 3 1:30.535 3 2 1:29.570 6
3 Sebastyan Fettel Ferrari 4 1:31.636 5 2 1:30.409 3 3 1:30.012 6
4 Kimi Rəykkönen Ferrari 6 1:31.685 5 4 1:30.559 3 4 1:30.244 6
5 Daniel Rikkardo Red Bull 3 1:31.403 6 6 1:31.122 3 5 1:30.854 3
6 Valtteri Bottas Williams 5 1:31.672 3 5 1:30.931 6 6 1:31.153 3
7 Felipe Massa Williams 12 1:32.045 3 7 1:31.374 4 7 1:31.155 3
8 Niko Hülkenberq Force İndia 10 1:31.987 6 8 1:31.604 6 8 1:31.620 3
9 Roman Qrojan Haas 11 1:32.005 6 9 1:31.756 3
10 Maks Ferstappen Toro Rosso 8 1:31.888 6 10 1:31.772 3
11 Karlos Sayns Toro Rosso 7 1:31.716 6 11 1:31.816 3
12 Stoffel Vandorn McLaren 14 1:32.472 6 12 1:31.934 3
13 Esteban Qutyerres Haas 13 1:32.118 6 13 1:31.945 3
14 Censon Batton McLaren 9 1:31.976 6 14 1:31.998 3
15 Daniil Kvyat Red Bull 15 1:32.559 6 15 1:32.241 3
16 Paskal Verlyayn Manor 16 1:32.806 6
17 Markus Eriksson Sauber 17 1:32.840 6
18 Serxio Peres Force India 18 1:32.911 7
19 Kevin Maqnussen Renault 19 1:33.181 3
20 Colion Palmer Renault 20 1:33.438 6
21 Rio Haryanto Manor 21 1:34.190 3
22 Felipe Nasr Sauber 22 1:34.388 4
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*