F-1.az xatırladır ki, builki reqlamentə uyğun olaraq yarışa 14 həftə qalmış Pirelli yarışa gətirəcəyi tərkiblər açıqlayır və komandalar sürücüləri üçün dəst seçimini edərək istehsalçıya bildirirlər. FİA bu dəst seçimini yarışa iki həftə qalmış ictimaiyyətin diqqətinə çatdırır.
Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Builki təkər reqlamentindəki dəyişikliklər pozitiv alınıb, komandalar Avstraliya Qran Prisindən sonra çoxsaylı strategiya variantları əldə ediblər.
Bəhreyndə bizi tam fərqli tras gözləyir, sessiyaların gedişində temperaturun aşağı düşməsi təkərin işinə ciddi təsir edir – bununla da nəzərə alınacaq parametrlərin sayı artır.
Melburnda toplanmış məlumatlardan daha effekiv hansı komandanın istifadə edəcəyini görmək maraqlı olacaq – məhz bu komanda yeni reqlament çərçivəsində üstünlük qazanacaq. Həftəsonuna dəst seçiminə komandalar fərqli yanaşıblar, bu seçimin yarışın nəticəsinə ciddi təsiri olacaq…”