Cümə axşamı Fernando Alonso (McLaren), Roman Qrojan (Haas), Felipe Massa (Williams), Niko Rosberq (Mercedes AMG), Maks Ferstappen (Toro Rosso) və Paskal Verlyayn (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Robert Förnli (Force İndia), Pol Hembri (Pirelli), Monişa Kaltenborn (Sauber), Deyv Rayan (Manor), Frants Tost (Toro Rosso) və Kler Uilyams (Williams) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir…