Bəhreyn-2016: Maraqlı statistika

Mövsümün ikinci yarışından sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Mercedes AMG komandası Bəhreyndə 4 poul qazanmış ilk komanda olub – son 4 ildə yalnız bu komandanın sürücüləri Saxirdə poul qazanıblar.

Mercedes AMG sürücüləri ardıcıl 8-ci dəfə start sahəsinin ilk cərgəsini tam zəbt ediblər.

Lyuis Həmilton Bəhreyn trasının yeni rekorduna imza atıb – 1:29.493, əvvəlki nəticə 2005-ci ildə 3 litrlik V10 mühhəriyi olan maşının sükanı arxasında Mark Uebberə məxsus idi – 1:29.527.

YARIŞ

Niko Rosberq Bəhreyndə karyerasının 16-cı qələbəsini qazanaraq Stirlinq Mossa çatıb. Hazırda onlar çempion olmayan ən çox qələbə qazanan sürücüdürlər.

Niko Rosberq podiumların sayına görə (43) Ceki Styuartla birlikdə 17-ci sətirdə qərarlaşıb.

Niko Rosberq ardıcıl 5 qələbə qazanan və çempion olmayan yeganə sürücüdür.

Mercedes AMG komandası ikinci dəfə ardıcıl 8 qələbə seriyasına imza atıb (birinci dəfə 2014-cü ilin İtaliya Qran Prisindən 2015-ci ilin Avstraliya Qran Prisinədək).

Mercedes AMG komandası  ardıcıl 60-cı yarışında xal qazanıb.

Kimi Rəykkönen Bəhreyndə 5-ci dəfə podiumun ikinci pilləsinə qalxıb, Kimi eyni sayda ikinci yeri Macarıstanda da qazanıb.

Kimi Rəykkönen Bəhreyndə heç bir qələbə qazanmadan 8-ci dəfə podiuma qalxmaqla Fernando Alonsonun Braziliya Qran Prisindəki nəticəsini təkrarlayıb.

Lyuis Həmilton britaniyalı sürücülər üçün 620-ci podiumu qazanıb.

Yeni Haas komandası ilk iki yarışında xal qazanmaqla 1970-ci ildə March komandasının debütünü təkrarlayıb.

Stoffel Vandorn 1992-ci ilin Avstraliya yarışında 5-ci olmuş Tyeri Butsendən sonra xal qazanan ilk belçikalı sürücü olub.

Sebastyan Fettel 159 uğurlu Qran Pridən sonra karyerasında ilk dəfə yarışda start ala bilməyib…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*