Bəhreyn-2016: İlkin hava proqnozu – yağış yağacaq?

Artıq ardıcıl üçüncü il Bəhreyn yarışı süni işıq altında baş tutacaq, ona görə də sıralanma turu və yarş zamanı asfalt örtüyünün temperaturu nisbətən aşağı olacaq - hər iki sessiya yerli vaxtla saat 18:00-da başlayacaq, günəş isə 17:50-də tam batacaq...

İlk hava proqnozu həftəsonuna yağışsız buludlü günlər vəd edir. Amma cümə axşamına qədər region üçün qeyri-adi olan yağışlar yağacaq. Hazırda Saxir trası su altındadır və yarışın təşkilatçıları nadi şəkillər paylaşırlar.

Sinoptiklərin proqnozuna görə artıq cümə günü temperatur +26 dərəcəyədək qızacaq, amma güclü şimal-qərb küləyi trasa qum dənələri gətirəcək. Şənbə və bazar günləri külək zəifləyəcək, temperatur bir qədər yüksələcək.

F-1.az xatırladır ki, keçən il Bəhreyn Qran Prisinin bütün sessiyaları quru trasda baş tutmuşdu.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*