Bəhreyn-2016: İkinci sərbəst yürüşlər

Bəhreyndə ikinci məşq sessiyası ən faydalı və əhəmiyyətli olur - çünki sabah sıralanma turu və bazar günü yarışla eyni vaxtda başlayır, cümə və şənbə günləri ilk sessiyalar isə isti havada qızmar günəş altında keçir. Düzdür, bu gün elə də isti olmayıb və temperaturun kəskin aşağı düşməsi hiss olunmayıb.

F-1.az xəbər verir ki, Markus Eriksson sessiyanın yarısını maşın problemləri üzündən buraxmalı olub. Stoffel Vandorn da gözləməli olub – mexaniklər hidravlik problemi aradan qaldırıblar.

Komandalar ənənəvi proqram üzrə işləyiblər – mühəndislər və sürücülər optimal sazlanmaları axtarmaqla uzun dövrələr seriyasında müxtəlif təkər tərkiblərinin effektivliyini qiymətləndiriblər. Reqlamentdə üçüncü tərkibin də bir yarışa gətirilməsi strategiya faktorunu həlledici edib. Əvvəlki sessiyada və ikinci sessiyanın ilk yarısında sürücülər Medium və Soft-la işlədikdən sonra SuperSoft-a keçiblər.

Sessiyanın sonuna 15 dəqiqə qalmış Fettel maşınını təhlükəsizlik zonasında saxlayıb, virtual təhlükəsizlik maşını rejimi elan olunub – Fettel marşallarla birlikdə maşını baryerlərin arxasına itələyib və komandaya bildirib ki, arxa sol təkər yaxşı bərikdilməyibmiş.

İkinci dəfə sürətlərin məhdudlaşdırılmasına Qrojan səbəb olub: Barselona testlərində olduğu kimi, yenə də Haas maşınının ön qanadı qırılıb. Roman boksa özü gəlib, bir neçə dəqiqəyə qırıtılar trasdan təmizlənib.

Protokollara isə yenə də Niko Rosberq başçılıq edib, günün ən böyük məsafəsini isə Valtteri Bottas qət edib. Sabah məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:31.001 38
2 44 Lyuis Həmilton Mercedes AMG 1:31.242 + 0:00.241 32
3 22 Censon Batton McLaren 1:32.281 + 0:01.280 32
4 33 Maks Ferstappen Toro Rosso 1:32.406 + 0:01.405 31
5 7 Kimi Rəykkönen Ferrari 1:32.452 + 0:01.451 38
6 5 Sebastyan Fettel Ferrari 1:32.650 + 0:01.649 26
7 26 Daniil Kvyat Red Bull 1:32.703 + 0:01.702 34
8 77 Valtteri Bottas Williams 1:32.792 + 0:01.791 39
9 3 Daniel Rikkardo Red Bull 1:32.870 + 0:01.869 23
10 19 Felipe Massa Williams 1:32.873 + 0:01.872 36
11 47 Stoffel Vandorn McLaren 1:32.999 + 0:01.998 30
12 21 Esteban Qutyerres Haas 1:33.129 + 0:02.128 31
13 55 Karlos Sayns Toro Rosso 1:33.177 + 0:02.176 36
14 8 Roman Qrojan Haas 1:33.384 + 0:02.383 23
15 11 Serxio Peres Force İndia 1:33.406 + 0:02.405 35
16 20 Kevin Maqnussen Renault 1:33.447 + 0:02.446 34
17 27 Niko Hülkenberq Force İndia 1:33.570 + 0:02.569 37
18 30 Colion Palmer Renault 1:33.640 + 0:02.639 35
19 94 Paskal Verlyayn Manor 1:33.953 + 0:02.952 21
20 9 Markus Eriksson Sauber 1:34.224 + 0:03.223 31
21 12 Felipe Nasr Sauber 1:34.477 + 0:03.476 34
22 88 Rio Haryanto Manor 1:34.562 + 0:03.561 33
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*