F-1.az xatırladır ki, iki həftə əvvəl yeni təsis edilmiş mükafatın ilk qalibi Haas komandasının sürücüsü Roman Qrojan olmuşdu. Roman yeni komandaya ilk yarışındaca 6-cı yeri tutmaqla xallar qazandırmışdı.
Bəhreyndə daha yaxşı çıxış edən fransalı sürücü bu dəfə finiş xəttini 5-ci keçib. Yeni komandanın uğurları daim azarkeşlərin diqqətində olduğu üçün onlar yenə də Romanı “Günün sürücüsü” seçiblər.