Bəhreyn, 2 mart

Quru. Günəşli. Havanın temperaturu +22°-28° C, trasın temperaturu +28°-40° C Keçən il olduğu kimi, mövsümöncəsi testlərin son günü “çempionlar günü” […]

Quru. Günəşli. Havanın temperaturu +22°-28° C, trasın temperaturu +28°-40° C

Keçən il olduğu kimi, mövsümöncəsi testlərin son günü “çempionlar günü” oldu – çempion adını daşıyan beş sürücüdən dördü trasda işləyib və yalnız Kimi Rəykkönen qış proqramını dünən başa vurmuşdu.

Düzdür, keçən il sonuncu test günü bir dəfə də osun qırmızı bayraq göstərilməmişdi, amma bu gün 8 dəfə marşallar əllərinə qırmızı bayraq almalı olublar – təşkilatçılar hətta sessiyanı 25 dəqiqə uzatmalı da oldular ki, itirilmiş vaxtı kompensə etsinlər. Ona görə də testlər süni işıq altında başa çatıb – bu il Bəhreyn Qran Prisində istifadə ediləcək işıqlandırma sistemi uğurla test edilib.

test12-2
Sürücülər isə doğrudan çox vaxt itiriblər. Həmilton faktiki olaraq nahara qədər işləməyib – mexaniklər ötürmələr qutusunu dəyişiblər. Fettel uzun müddət əyləc problemi üzündən boksu tərk etməyib, Marussi-da elektronika, Caterham-də ilişmə muftası sıradan çıxıb. Qırmızı bayraqlara Fettel, Qrojan (iki dəfə), Batton, Hülkenberq, Alonso, Bottas və Qutyerres səbəb olublar.

Sauber dünən itirdiyi vaxtı kompensə etmək üçün Adrian Sutili nahara qədər sükan arxasına otuzdurub – almaniyalı sürücü 91 dövrə verdikdən sonra maşını Esteban Qutyerresə ötürüb.

Testlərin sonuncu günü komandalar sazlanmalarla işləyiblər, amma bunu hamı edə bilməyib – yeni maşınların etibarlılığı qarşıdakı mövsümdə həlledici faktor olacaq və mövsümün ilk səfər yarışları bir çox komandalar üçün testlərin davamı ola bilər.

test12-3
Sessiyanın sonunda sürücülər qısa dövrələr seriyasında az ayanacaqla işləyiblər, amma Felipe Massanın dünənki nəticəsini yaxşılayan olmayıb – bu gün protokollara başçılıq edən Lyuis Həmilton brazliyalı sürücüyə 0.02 saniyə uduzub: 1:33.278. Ən böyük məsafəni isə Valtteri Bottas qət edib.

Beləliklə, mövsümöncəsi testlər başa çatıb. Növbəti dəfə komandalar Melburnda cümə sərbəst yürüşlərində bir araya gələcəklər, amma mövsümün gedişində yenidən testlərə toplaşacaqlar – ən yaxın testlər isə elə Bəhreyndə Qran Pridən sonra baş tutacaq…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 L.Həmilton Mercedes AMG Mercedes 1:33.278 69
02 V.Bottas Williams Mercedes 1:33.987 + 0:00.709 108
03 F.Alonso Ferrari Ferrari 1:34.280 + 0:01.002 74
04 N.Hülkenberq Force İndia Mercedes 1:35.577 + 0:02.299 74
05 J.E.Vern Toro Rosso Renault 1:35.701 + 0:02.423 74
06 A.Sutil Sauber Ferrari 1:36.467 + 0:03.189 91
07 M.Çilton Marussia Ferrari 1:36.835 + 0:03.557 61
08 E.Qutyerres Sauber Ferrari 1:37.303 + 0:04.025 86
09 S.Fettel Red Bull Renault 1:37.468 + 0:04.190 77
10 C.Batton McLaren Mercedes 1:38.111 + 0:04.833 22
11 K.Kobayaşi Caterham Renault 1:38.391 + 0:05.113 106
12 R.Qrojan Lotus Renault 1:39.302 + 0:06.024 32
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*