Bəhreyn, 12.03.2022

Testlərin son günü həmişə maraqlıdır. Adətən son gündəki nəticələr qüvvələr nisbəti barədə təsəvvür yaradır. Lakin böyük dəyişikliklərin olduğu bu il isə belə olmayıb.

F-1.az bildirir ki, reqlamentdəki dəyişikliklər o qədər radikaldır ki, komandalar ümumi 6 günlük testlərdə bütün problemləri həll edə bilməyib, hətta demək olar ki, hər gün bir çox yenilik gətiriblər. Əsas problem düzlüklərdə “Qraund effekt”-dən irəli gələn yırğalanmadır ki, bunun tam həllini tapmaq mümkünsüzdür.

Bundan əlavə, yeni bolidləri idarə etmək çox çətindir və təkərlərin bloklanmalara çox meyillidir. Hətta bu gün də sürücülər maşınların potensialından tam istifadə edə bilməyib. Yaxşı ki, ilk yarış səhvləri bağışlayan Bəhreyn trasında baş tutacaq. Lakin ondan bir həftə sonrakı yarış divarların trasa çox yaxın olduğu Ciddədə baş tutacaq.

Yeni reqlament ötmələrin asanlaşmasına hesablanıb. Düzdür, indi öndəki maşınları izləməyin çətinliyi azalsa da, buna mütənasib olaraq, DRS-in təsir gücü də azalıb. Bu 6 günlük testlərdə demək olar ki, heç bir komanda problemlərdən tam qurtula bilməyib.

Testlərin sonuncu günündə protokollara Maks Ferstappen 3 günün ən sürətəli dövrəsi ilə başçılıq edib – 1.31.720. Ən uzun məsafə qət edən sürücülər isə 124 dövrə ilə Nikolas Latifi, 122 dövrə ilə isə Fernando Alonso olublar.

Çox maraqla gözlənilən və hansı nəticələrin olacağını proqnozlaşdıra bilmədiyimiz mövsüm nəhayət ki, 1 həftə sonra başlayır!

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 1 Maks Ferstappen Red Bull 1:31.720 C5 53
2 47 Mik Şumaxer Haas 1:32.241 + 0:00.521 С5 85
3 16 Şarl Lekler Ferrari 1:32.415 + 0:00.695 C4 51
4 14 Fernando Alonso Alpine 1:32.698 + 0:00.978 C4 122
5 63 Corc Rassell Mercedes 1:32.759 + 0:01.039 C5 71
6 77 Valtteri Bottas Alfa Romeo 1:32.985 + 0:01.265 C3 68
7 22 Yuki Tsunoda AlphaTauri 1:33.002 + 0:01.282 C5 57
8 11 Serxio Peres Red Bull 1:33.105 + 0:01.385 C4 43
9 4 Lando Norris McLaren 1:33.191 + 0:01.471 C3 90
10 5 Sebastyan Fettel Aston Martin 1:33.821 + 0:02.101 C4 81
11 24 Quanyu Çjou Alfa Romeo 1:33.959 + 0:02.239 C4 82
12 10 Pyer Qasli AlphaTauri 1:34.865 + 0:03.145 C4 91
13 55 Karlos Sayns Ferrari 1:34.905 + 0:03.185 C5 68
14 23 Aleksander Elbon Williams 1:35.171 + 0:03.451 C3 18
15 6 Nikolas Latifi Williams 1:35.634 + 0:03.914 C3 124
16 18 Ləns Stroll Aston Martin 1:36.029 + 0:04.309 C3 53
17 44 Lyuis Həmilton Mercedes 1:36.217 + 0:04.497 C5 78
18 20 Kevin Maqnussen Haas 1:38.616 + 0:06.896 C2 38
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*