F-1.az bildirir ki, komandalar artıq yarış və sıralanma turu rejimində işləməyə keçirlər, lakin bu gün rekord sayda olan qırmızı bayraqlar proqramların tez-tez kəsilməsinə səbəb olub. Səhər və aşxam maşınla günortaya nisbətən daha sürətli olub.
Alpine komandası test gününü 4 hissəyə bölüb: Okon səhər sükan arxasına keçərək yumşaq təkərlərlə sürətli dövrələr vurub və protokollara başçılıq edib, daha sonra isə sərt təkərlərlə uzun məsafələr qət etməyə başlayıb. O, nahardan sonra əksini edib – əvvəlcə sərt təkərlərlə uzun dövrələr vurub, sonra isə yumşaq təkərlərlə səhərki proqramı təkrarlayıb. Bu, fransız üçün son test günüdür, sabah maşın Alonsoya həvalə ediləcək.
Williams-da Latifinin maşınındakı əyləc problemi sadə görünsə də, komandanın test gününün cəmi 12 dövrə ilə bitməsinə səbəb olub. Onlar sabah trasa qayıtmağa ümid edirlər. McLaren komandası Rikkardo xəstə olduğu üçün dünən onun əvəzinə Norrislə işləmişdi. Avstraliyalı pilot bu gün də testlərə çıxa bilməyib, Lando isə əyləc probleminə baxmayaraq, yarış məsafəsini qət etməyi bacarıb.
Şumaxer həm yağ sızmasına görə, həm də digər problemlərə görə lazımi məsafəni qət edə bilməyib. Nahardan sonra isə onu bir illik fasilədən qayıdan Maqnussen əvəzləyib. Mercedes üçün gün problemsiz keçib. Onlar sürət baxımından geridə görünürlər, lakin komanda hər zaman qış testlərini sürət nümayişinə yox, mövcud problemlərin həllinə sərf edir.
Latifidən sonra hidravlik problemlər yaşayan Bottasa, trasda dayanmalı olan Okon və Norrisə görə sessiya qırmızı bayraqlarla dayandırılıb. Testlərin normal vaxtında hələ ki ən güclü komanda təsiri bağışlayan Ferrari-nin sürücüsü Karlos Sayns hamıdan sürətli olub. Haas isə ilk gün itirilmiş vaxtın əvəzinə verilən əlavə bir saatı qısa dövrələrə həsr edib, nəticədə Kevin Maqnussen ilk iki günün ən yaxşı nəticəsi ilə hamını üstələyib – 1:33.207. Yuki Tsunoda isə 120 dövrə ilə trasda ən çox vaxt keçirən sürücü olub.
Sabah testlərə yekun vurulacaq.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 20 | Kevin Maqnussen | Haas | 1:33.207 | – | С4 | 60 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:33.532 | + 0:00.325 | C4 | 60 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1:34.011 | + 0:00.804 | C4 | 86 |
4 | 18 | Ləns Stroll | Aston Martin | 1:34.064 | + 0:00.857 | C4 | 70 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.141 | + 0:00.934 | C5 | 47 |
6 | 31 | Esteban Okon | Alpine | 1:34.276 | + 0:01.069 | C4 | 111 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:34.366 | + 0:01.159 | C3 | 54 |
8 | 4 | Lando Norris | McLaren | 1:34.609 | + 0:01.402 | C3 | 60 |
9 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:36.020 | + 0:02.813 | C3 | 46 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:36.802 | + 0:03.595 | C3 | 120 |
11 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:36.987 | + 0:03.780 | C2 | 25 |
12 | 47 | Mik Şumaxer | Haas | 1:37.846 | + 0:04.639 | C2 | 23 |
13 | 63 | Corc Rassell | Mercedes AMG | 1:38.585 | + 0:05.378 | C2 Pr | 67 |
14 | 6 | Nikolas Latifi | Williams | 1:39.845 | + 0:06.638 | C2 Pr | 12 |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:41.805 | + 0:06.777 | C2 Pr | 48 |