F-1.az bildirir ki, Mercedes 2 həftə əvvəl Barselonadakından tamamilə fərqli aerodinamik konfiqurasiya ilə gəlib. FİA bundan xəbərdardır və reqlamentə ziddi bir şey tapmayıb. Lakin bunun eynisini düzəltmək digər komandalar üçün heç də asan deyil. Çünki soyutma sistemlərinin sxemi dəyişdirilməli və maşınlar yenidən “krəş test”-dən keçməlidir.
McLaren səhər çıxış etməli olan Rikkardonu xəstə olduğu üçün Norrislə əvəzləyib. Lakin maşında yaranan problemlər nəzərdə tutulan məsafənin qət edilməsinə imkan verməyib. Haas komandası nahara qədər çıxış edə bilməyib, yalnız günün ikinci hissədinə yeni rəng çalarları ilə boyanmış maşını Pyetro Fittipaldi trasa çıxarıb.
Quanyu Çjou bir neçə dəfə səhvə yol versə də, ciddi nəticələnməyib. Lakin sonra onun maşını pit yolunun çıxışında dayanıb və mexaniklər maşını təxliyə etməli olublar. Bir qədər sonra qırmızı bayraqlar dalğalanıb, buna səbəb də Strollun maşınındaki problem olub. Alonso da mexaniklər maşın üzərində işlədiyindən xeyli vaxt itirməli olub. Qırmızı bayraqlara ikinci dəfə isə Peres səbəb olub.
Ən sürətli dövrəni Pyer Qasli vurub – 1.33.902. Ən çox məsafə qət edən sürücü isə 138 dövrə ilə Serxio Peres olub. Testlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 10 | Pyer Qasli | AlphaTauri | 1:33.902 | – | C5 | 103 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:34.359 | + 0.00.457 | C3 | 52 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:34.531 | + 0.00.629 | C3 | 64 |
4 | 18 | Ləns Stroll | Aston Martin | 1:34.736 | + 0.00.834 | C5 | 50 |
5 | 23 | Aleksander Elbon | Williams | 1:35.070 | + 0.01.168 | C4 | 104 |
6 | 4 | Lando Norris | McLaren | 1:35.356 | + 0.01.454 | C2 | 50 |
7 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:35.495 | + 0.01.593 | C3 | 66 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:35.706 | + 0.01.804 | C3 | 39 |
9 | 63 | Corc Rassell | Mercedes AMG | 1:35.941 | + 0.02.039 | C3 | 60 |
10 | 11 | Serxio Peres | Red Bull | 1:35.977 | + 0.02.075 | C3 | 138 |
11 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:36.365 | + 0.02.483 | C3 | 62 |
12 | 14 | Fernando Alonso | Alpine | 1:36.745 | + 0.02.843 | C3 | 24 |
13 | 31 | Esteban Okon | Alpine | 1:36.768 | + 0.02.866 | C2 | 42 |
14 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:37.164 | + 0.03.262 | C3 | 54 |
15 | 51 | Pyetro Fittipaldi | Haas | 1:37.422 | + 0.03.520 | C2P | 47 |