Bəhreyn, 1 mart

Quru. Günəşli. Havanın temperaturu +23°-28° C, trasın temperaturu +27°-37° C Mövsümöncəsi testlərin son iki gününü komandalar Avstraliya Qran Prisinə son […]

Quru. Günəşli. Havanın temperaturu +23°-28° C, trasın temperaturu +27°-37° C

Mövsümöncəsi testlərin son iki gününü komandalar Avstraliya Qran Prisinə son hazırlıq çərçivəsində sıralanma turu və yarışı imitasiya etməyi planlaşdırmışdlar, amma reallıqda heç də hamının planı gerçəkləşməyib – bəzi komandalara etibarlılıq problemləri, bəzilərinə qırmızı bayraqlar mane olub.

Dörd komandanın maşını səhər tezdən trasa çıxmayıb: Lotus və Caterham komandaları dünənki yanğının nəticələrini aradan qaldırıblar, Red Bull bazadan aldığı yeni elementləri quraşdırmaqla məşğul olub, Mercedes AMG isə motoru dəyişiblər – gecə növbəsində çalışan mexaniklər motorun səsindən şübhələniblər.

test11-2
Dünən Lotus və Caterham maşınları yanmışdılar, bu gün isə Sauber alovlanıb – Adrian Sutil trasa çıxıb boksa qayıtdığı dövrənin sonunda maşın tüstülənib, mexaniklər motoru dəyişsələr də, maşını trasa buraxmayıblar: komanda qərara alıb ki, bütün diqqətini testlərin son gününə hazırlığa yönəltsin. Sabah Sutil və Qutyerres günü yarı böləcəklər.

Sutildən fərqli olaraq Sebastyan Fettel heç dövrəsini tamamlaya bilməyib – birinci sektorun sonunda almaniyalı sürücü RB10-u park etməli olub. Red Bull üçün daha bir itirilmiş gün…

Lotus komandası da günü yarımçıq başa vurub – sessiyanın sonuna iki saat qalmış Roman Qrojan maşını düzlükdə saxlayıb. Problemin həlli uzun zaman tələb edib – komanda boksun qapılarını belə bağlayıb. Qırmızı bayraqlar 3 dəfə dalğalanıb – Fettel, Byanki və Qrojan marşalları darıxmağa qoymayıblar.

test11-3
Digər sürücülər isə tam işləyə biliblər. Toro Rosso-nun debütantı Daniil Kvyat, nəhayət, sükan arxasında 81 dövrə işləyə bilib. Ana komandadan fərqli olaraq “bala” komanda bu gün sıralanma turu və yarışı imitasiya edib, Kvyat isə hətta bir müddət protokollara başçılıq da edib.

Yekunda isə protokollarda birinci sətri Felipe Massa tutub – braziliyalı sürücü mövsümöncəsi testlərin Bəhreyndə ən yaxşı nəticəsinə imza atıb: 1:33.258, ən böyük məsafəni isə Markus Erikson qət edib – 117 dövrə.

Rosberq, Rəykkönen, Maqnussen, Kvyat, Byanki və Kobayaşi mövsümöncəsi testləri başa vurublar, növbəti dəfə biz onları Melburnda sərbəst yürüşlərdə sükan arxasında görəcəyik. Sabah isə mövsümöncəsi testlər başa çatacaq…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Massa Williams Mercedes 1:33.258 99
02 N.Rosberq Mercedes AMG Mercedes 1:33.484 + 0:00.226 103
03 K.Rəykkönen Ferrari Ferrari 1:35.426 + 0:02.168 87
04 K.Maqnussen McLaren Mercedes 1:35.894 + 0:02.636 88
05 D.Kvyat Toro Rosso Renault 1:36.113 + 0:02.855 81
06 N.Hülkenberq Force İndia Mercedes 1:36.205 + 0:02.947 115
07 J.Byanki Marussia Ferrari 1:37.087 + 0:03.829 78
08 M.Erikson Caterham Renault 1:38.083 + 0:04.825 117
09 R.Qrojan Lotus Renault 1:42.166 + 0:08.908 33
10 A.Sutil Sauber Ferrari 1
11 S.Fettel Red Bull Renault 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*