Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Mövsümün doqquzuncu Qran Prisində stüardlara 1992-ci ilin dünya çempionu Naycel Mənsell kömək edəcək.
Qarşıdakı uik-enddə Lotus, Williams, Ferrari və McLaren komandalarının heyətində 187 yarışın startına çıxmaqla 31 qələbə və 32 poul qazanmış təcrübəli britaniyalı sürücü İsveç Avtomobil Federasiyasının prezidenti Lars Österlində və İtaliya Avtoİdman komissiyasının üzvü, Milan avtomobil klubunun üzvü Paolo Lonqoniyə kömək edəcək…