Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +26° C
Son on ildə yalnız 3 dəfə pouldan start alan sürücü yarışda qələbəyə sevinib – Britaniya trasında ötmək mümkündür və sıralanma turu həlledici məna kəsb etmir, amma startda daha yaxşı mövqe qazanmaqla yarışda vəziyyətə və təkərlərin yeyilməsinə nəzarət etmək mümkün olur.
Sərbəst yürüşlərdə komandalar böyük diqqəti yarışa hazırlığa yönəldiblər – iki slik tərkibinin effektliyinin müqayisə olunması və hazırladıqları yeniliklərin effektliyinin qiymətləndirilməsi. Cümə günü nahara qədər komandaların işinə yağış mane olub, amma dünən nahardan sonra və bu gün səhər sürücülər itirdikləri vaxtı kompensə edə biliblər. Sıralanma turundan əvvəl temperatur +19 dərəcəyədək qızıb, asfalt işlənmiş rezinlə örtülüb, düzdür, sürücülərə güclü külək mane olub.
Birinci sessiyada bir çox sürücülər Hard təkərlərlə trasa çıxıblar – sərbəst yürüşlərdən bəlii idi ki, Hard və Medium arasında sürət fərqi bir saniyədir. Ona görə də bəzi komandalar Medium-a qənaət ediblər. Mercedes AMG komandası isə elə birinci sessiyada Medium-a üstünlük verib və inamla protokollara başçılıq edib: Lyuis Həmilton hamını üstələyib – 1:30.995. Bütün sürücülər 107%-lik səddi keçiblər, mübarizəni isə Caterham və Marussia sürücüləri ilə birlikdə Bottas və Qutyerres dayandırıblar.
İkinci sessiyada bəzi sürücülər ilk cəhdinə Harda-la çıxsa da, sonradan hamı Medium-a keçib. Mübarizə çox gərgin alınıb, Sebastyan Fettel protokollara başçılıq edib – 1:30.990, mübarizəni isə Batton, Massa, Vern, Peres, Hülkenberq və Maldonado dayandırıblar.
Son sessiyada Mercedes AMG komandasının sürücüləri elə ilk cəhdlərində rekorda imza atıblar: Həmilton komanda yoldaşını qabaqlayıb – 1:30.096. Amma poulun taleyi son saniyələrdə həll olunub – əvvəlcə Uebber ikinciliyə yüksəlib, sonra Rosberq liderliyi ələ alıb, daha sonra Həmilton uik-end ərzində 90 saniyənin altına düşən yeganə sürücü olub – 1:29.607.
Həmilton üçün bu poul mövsümdə 2-ci, karyerasında isə 28-cidir. Rosberq ikinci olmaqla Mercedes AMG komandası üçün daha bir ilk cərgəni təmin edib. ikinci cərgə isə bütünlüklə Red Bull-dadır: Fettel Uebberi qabaqlayıb. Üçüncü cərgə çox gözlənilməz alınıb – di Resta və Rikkardo, hər iki sürücü öz rekordlarını təkrarlayıblar.
İlk onluğu isə titula namizədlər – Rəykkönen və Alonso tamamlayıblar, amma hər iki sürücü yarışda qələbə uğrunda mübarizəyə əsas namizəddirlər. Sabah bizi çox maarqlı yarış gözləyəcək…
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 01 | 1:30.995 | 06 | 1:31.224 | 1:29.607 | – |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 02 | 1:31.355 | 03 | 1:31.028 | 1:30.059 | + 0.452 |
03 | S.Fettel | Red Bull | Renault | 05 | 1:31.559 | 01 | 1:30.990 | 1:30.211 | + 0.604 |
04 | M.Uebber | Red Bull | Renault | 06 | 1:31.605 | 02 | 1:31.002 | 1:30.220 | + 0.613 |
05 | P.di Resta | Force İndia | Mercedes | 10 | 1:32.062 | 07 | 1:31.291 | 1:30.736 | + 1.129 |
06 | D.Rikkardo | Toro Rosso | Ferrari | 11 | 1:32.097 | 05 | 1:31.182 | 1:30.757 | + 1.150 |
07 | A.Sutil | Force İndia | Mercedes | 09 | 1:32.002 | 04 | 1:31.097 | 1:30.908 | + 1.301 |
08 | R.Qrojan | Lotus | Renault | 04 | 1:31.466 | 09 | 1:31.530 | 1:30.955 | + 1.348 |
09 | K.Rəykkönen | Lotus | Renault | 03 | 1:31.400 | 10 | 1:31.592 | 1:30.962 | + 1.355 |
10 | F.Alonso | Ferrari | Ferrari | 15 | 1:32.266 | 08 | 1:31.387 | 1:30.979 | + 1.372 |
11 | C.Batton | McLaren | Mercedes | 08 | 1:31.979 | 11 | 1:31.649 | – | – |
12 | F.Massa | Ferrari | Ferrari | 14 | 1:32.241 | 12 | 1:31.779 | – | – |
13 | J.E.Vern | Toro Rosso | Ferrari | 12 | 1:32.105 | 13 | 1:31.785 | – | – |
14 | S.Peres | McLaren | Mercedes | 07 | 1:31.953 | 14 | 1:32.082 | – | – |
15 | N.Hülkenberq | Sauber | Ferrari | 13 | 1:32.168 | 15 | 1:32.211 | – | – |
16 | P.Maldonado | Williams | Renault | 16 | 1:32.512 | 16 | 1:32.359 | – | – |
17 | V.Bottas | Williams | Renault | 17 | 1:32.664 | – | – | – | – |
18 | E.Qutyerres | Sauber | Ferrari | 18 | 1:32.666 | – | – | – | – |
19 | Ş.Pik | Caterham | Renault | 19 | 1:33.866 | – | – | – | – |
20 | J.Byanki | Marussia | Cosworth | 20 | 1:34.108 | – | – | – | – |
21 | Q.van der Qarde | Caterham | Renault | 21 | 1:35.481 | – | – | – | – |
22 | M.Çilton | Marussia | Cosworth | 22 | 1:35.858 | – | – | – | – |