Pirelli şirkəti Silverstoun trasının məxsusiliyindən yararlanmağı qərara alıb: cümə günü gələn mövsüm üçün nəzərdə tutulmuş yeni təkər tərkibləri test oluncaq. Mərhələ üçün nəzərdə tutulmuş Hard və Soft tərkibləri ilə yanaşı, komandalara iki dəst yeni Hard təkərləri təqdim olunacaq…
Pol Hembri, Pirelli Motorsport: “Silverstoun əfsanəvi trasdır, hər şeydən əvvəl ona görə ki, sürücülər, maşınlar və təkərlər ən son həddə işləyirlər. Məhz buna görə də cümə günü birinci sərbəst yürüşlərdə biz yeni Hard tərkibini yoxlamağı qərara aldıq. Yeni təkərlərin işçi temperatur diapazonu genişdir və sürücülər onu daha tez qızdıracaqlar.
Çempionatda qüvvələr balansı çox dəyişkəndir, ona görə də bizim başlıca vəzifəmiz komandalardan heç birinə üstünlük verməməyimizdir. Biz istəyirik ki, hər bir maşında təkərlər maksimum effektiv olsun, ona görə də cümə testləri bizim üçün çox vacibdir.
Silverstounda sürət yüksək olur, yerli havanı öncədən söyləmək isə çətindir, ona görə də qarşıdakı yarışda uğur qazanamq birbaşa taktikaya bağlı olacaq.”