Pirelli şirkəti Silverstounda komandalara ən bərk təkər cütlüyünü təqdim edəcək – Hard və Medium, cümə sərbəst yürüşlərində isə sürücülər iki dəst daha çox resursu olan eksperimental Hard təkərini də yoxlayacaqlar.
Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Silverstounun yükəsk orta sürəti və hamar döngələri 3 həftə əvvəl Kanadada qarşılaşdığımız konfiqurasiyadan kəskin fərqlənir: okeanın o biri tayında dövrə ancaq sürətlənmə və əylənmələrdən ibarət idi.
Böyük Britaniya Qran Prisində biz ən bərk təkər cütlüyünü gətirəcəyik, sadəcə bu dəfə təkərlərdə rezin qatının polad təbəqə ilə yapışması üçün termokompresiyanın yeni variantından istifadə olunub – bu yolla təkərlərin qatının açılmasının qarşısını ala biləcəyik. Biz paralel olaarq başqa variantlar üzərində də işimizi davam etdiririk.
Cümə sərbəst yürüşlərində sürücülər iki dəst eksperimental Hard tərkibi də alacaqlar. Təkərlərin konstruksiyası dəyişməyib, amma resursu artırılıb – biz bu təkərləri müxtəlif traslarda yoxlamaq istəyirik ki, zəruri məlumat toplayaq.
Dəyişkən hava şəraiti qarşıdakı uik-endin daha bir faktoruna çevrilə bilər. Hazırda yarış zamanı pit-stopların sayı barədə nəsə söyləmək tezdir, amma əgər yağış yağmasa, onda biz üç və ya dörd pit-stop görə bilərik. Daha dəqiq məlumat cümə sərbəst yürüşlərindən sonra biləcəyik.”