FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Silverstounda istifadə zonasını təyin edib. DRS zonası keçən olduğu kimi saxlanılıb.
Əgər 3-cü döngənin apeksinə 25 metr qalmış iki sürücü arasında fərq bir saniyədən çox olmazsa, onda 4-cü döngənin çıxışından 45 metr sonra arxada olan sürücü DRS sistemini aktivləşdirə bilər.