B.Britaniya Qran Prisi: Birinci sərbəst yürüşlər

Yağış. Buludlu. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +18°-19° C Artıq mövsümdə dördüncü dəfədir ki, hava şəraiti cümə günü komandaların […]

Yağış. Buludlu. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +18°-19° C

Artıq mövsümdə dördüncü dəfədir ki, hava şəraiti cümə günü komandaların işinə müdaxilə edib, sürücülər nəzərdə tutduqları proqramlar üzrə işləyə bilməyiblər – axşamdan başlayan yağış bütün günü davam edib, yağış güclü olmasa da, uzun müddət yağdığı üçün trasda gölməçələr əmələ gəlib.

Sessiyanın əvvəlində sürücülər bir dövrə vuraraq boksa qayıdıblar. Pirelli-nin Silverstouna gətirdiyi eksperimental Hard təkərlərini yenə də yoxlamaq olmayıb. Force İndia komandası yağış üzündən test sürücüsü Ceyms Rossiteri sükan arxasına otuzdurmaq planından əl çəkib – komanda sürücünün simulyatordakı təəssüratlarını real təəssüratlarla müqayisə etmək istəyirdi.

Sessiyanın sonuna 15 dəqiqə qalmış Daniel Rikkardo ilk nəticəni göstərib, sonra başqa sürücülər də trasa çıxıblar. Şarl Pik son sektorda trasdan çıxaraq maşını baryerlərə çırpıb. Digər sürücülər də səhv ediblər, amma ciddi insident yaşanmayıb.

Sonda cəmi 11 sürücü tam dövrə vurub, Rikkardo protokollara başçılıq edib. Hava proqnozu nahardan sonra da yağış vəd edir.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 D.Rikkardo Toro Rosso Ferrari 1:54.249 10
02 N.Hülkenberq Sauber Ferrari 1:55.033 + 0.784 7
03 P.Maldonado Williams Renault 1:55.354 + 1.105 7
04 L.Həmilton Mercedes AMG Mercedes 1:55.458 + 1.209 5
05 E.Qutyerres Sauber Ferrari 1:55.825 + 1.576 9
06 V.Bottas Williams Renault 1:56.361 + 2.112 7
07 J.E.Vern Toro Rosso Ferrari 1:57.891 + 3.642 4
08 Q.van der Qarde Caterham Renault 1:58.859 + 4.610 6
09 M.Çilton Marussia Cosworth 1:59.719 + 5.470 7
10 J.Byanki Marussia Cosworth 1:59.876 + 5.627 8
11 F.Massa Ferrari Ferrari 2:06.534 + 12.285 6
12 N.Rosberq Mercedes AMG Mercedes 3
13 P.di Resta Force İndia Mercedes 4
14 R.Qrojan Lotus Renault 1
15 C.Batton McLaren Mercedes 1
16 A.Sutil Force İndia Mercedes 4
17 F.Alonso Ferrari Ferrari 4
18 M.Uebber Red Bull Renault 1
19 S.Peres McLaren Mercedes 1
20 Ş.Pik Caterham Renault 3
21 S.Fettel Red Bull Renault 4
22 K.Rəykkönen Lotus Renault
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

B.Britaniya Qran Prisi: Birinci sərbəst yürüşlər

Yağış. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +16°-17° C Bu gün səhər tezdən trasa yağış yağıb, GP3 seriyasının gənc […]

Yağış. Buludlu. Havanın temperaturu +16°-17° C, trasın temperaturu +16°-17° C

Bu gün səhər tezdən trasa yağış yağıb, GP3 seriyasının gənc sürücüləri məşq zamanı trasdan o qədər çıxıblar ki, Formula1 sürücüləri trasa tələsməyiblər – komandalar mərhələyə hazırladıqları yenilikləri tam qiymətləndirə bilməyiblər.

Üç komanda əsas sürücülərini test sürücülərlə əvəz edib – Jül Byanki Force İndia-da Niko Hülkenberqi, Valtteri Bottas Williams-da Bruno Sennanı və Dani Klos HRT-də Narain Kartikeyanı əvəzləyiblər. Nəticədə pis hava üzündən Byanki trasda cəmi bir dövrə vurub.

Yağış gah zəifləyib, gah da güclənib. Sürücülər yağış təkərlərlə işləyiblər, amma bəzən onlar da trasda olan su ilə bacarmayıblar. Trasdan çıxmalar çox olub, amma ciddi insident yaşanmayıb.

Protkollara Roman Qrojan başçılıq edib – 1:56.552…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 R.Qrojan Lotus Renault 1:56.552 13
02 D.Rikkardo Toro Rosso Ferrari 1:56.827 + 0.275 10
03 L.Həmilton McLaren Mercedes 1:57.174 + 0.622 6
04 S.Peres Sauber Ferrari 1:57.664 + 1.112 11
05 F.Massa Ferrari Ferrari 1:58.119 + 1.567 7
06 M.Uebber Red Bull Renault 1:58.463 + 1.911 7
07 K.Kobayaşi Sauber Ferrari 1:58.483 + 1.931 19
08 M.Şumaher Mercedes AMG Mercedes 1:58.493 + 1.941 10
09 N.Rosberq Mercedes AMG Mercedes 1:58.942 + 2.390 8
10 J.E.Vern Toro Rosso Ferrari 1:59.076 + 2.524 8
11 S.Fettel Red Bull Renault 1:59.414 + 2.862 11
12 V.Petrov Caterham Renault 1:59.614 + 3.062 9
13 V.Bottas Williams Renault 1:59.733 + 3.181 7
14 H.Kovalaynen Caterham Renault 1:59.787 + 3.235 10
15 P.Maldonado Williams Renault 2:00.125 + 3.573 5
16 K.Rəykkönen Lotus Renault 2:00.253 + 3.701 6
17 C.Batton McLaren Mercedes 2:01.834 + 5.282 6
18 T.Qlok Marussia Cosworth 2:01.835 + 5.283 6
19 P.de la Rosa HRT Cosworth 2:04.341 + 7.789 9
20 D.Klos HRT Cosworth 2:05.022 + 8.470 11
21 Ş.Pik Marussia Cosworth 2:11.760 + 15.208 6
22 F.Alonso Ferrari Ferrari
23 P.di Resta Force İndia Mercedes
24 J.Byanki Force İndia Mercedes

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

B.Britaniya Qran Prisi: Birinci sərbəst yürüşlər

Kiçik fasilələrlə yağış. Buludlu. Havanın temperaturu +15° C, trasın temperaturu +16° C Bu gün səhər sürücülər nəm trasda işləyiblər. Yağış […]

Kiçik fasilələrlə yağış. Buludlu. Havanın temperaturu +15° C, trasın temperaturu +16° C

Bu gün səhər sürücülər nəm trasda işləyiblər. Yağış kiçik fasilələrlə yağıb – keçid təkərlərlə trasa qayıdan sürücülər yağışın güclənməsini görüblər. Ona görə də insidentlərin sayı çox olub.

Ən ciddi qəzaya isə sessiyanın sonuna 16 dəqiqə qalmış Kamui Kobayaşi uğrayıb. Sonuncu döngədə yaponiyalı sürücü süüşkən porebrikin üstünə çıxıb və qoruyucu baryerlərə çırpılıb – Sauber-in mexaniklərini ciddi iş gözləyir.

Protokollara isə Mark Uebber başçılıq edib – avstraliyalı sürücü sessiyanın sonunda trasın vəziyyti yaxşılaşarkən keçid təkərlərlə sürətli olub…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 M.Uebber Red Bull Renault 1:46.603 19
02 M.Şumaher Mercedes GP Mercedes 1:47.263 + 0.660 20
03 R.Barrikello Williams Cosworth 1:47.347 + 0.744 23
04 S.Peres Sauber Ferrari 1:47.422 + 0.819 22
05 F.Massa Ferrari Ferrari 1:47.662 + 1.059 13
06 N.Rosberq Mercedes GP Mercedes 1:47.758 + 1.155 23
07 F.Alonso Ferrari Ferrari 1:48.161 + 1.558 16
08 L.Həmilton McLaren Mercedes 1:48.549 + 1.946 21
09 N.Hülkenberq Force İndia Mercedes 1:48.598 + 1.995 19
10 X.Algersuari Toro Rosso Ferrari 1:48.678 + 2.075 22
11 P.di Resta Force İndia Mercedes 1:48.730 + 2.127 18
12 S.Buemi Toro Rosso Ferrari 1:48.778 + 2.175 18
13 S.Fettel Red Bull Renault 1:48.794 + 2.191 21
14 P.Maldonado Williams Cosworth 1:48.809 + 2.206 17
15 C.Batton McLaren Mercedes 1:48.841 + 2.238 23
16 N.Haydfeld Lotus Renault GP Renault 1:48.941 + 2.338 20
17 V.Petrov Lotus Renault GP Renault 1:49.603 + 3.000 15
18 K.Kobayaşi Sauber Ferrari 1:50.133 + 3.530 17
19 Y.Trulli Team Lotus Renault 1:50.222 + 3.619 14
20 K.Çandhok Team Lotus Renault 1:51.119 + 4.516 17
21 T.Qlok Marussia Virgin Cosworth 1:52.470 + 5.867 17
22 V.Liutsi Hispania Cosworth 1:53.143 + 6.540 20
23 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:53.469 + 6.866 26
24 D.Rikkardo Hispania Cosworth 1:54.334 + 7.731 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*