Daha çox yarışın olması isə komandaların, xüsusilə də, mexaniklərin işlərini artırır.
Censon Batton: “Mənim üçün heç bir problem yoxdur. Adətən cümə axşamı yarışın keçirildiyi ölkəyə gedirəm, bazar ertəsi isə qayıdıram. Amma mexaniklər üçün vəziyyət daha fərqlidir. Onlar həftənin sadəcə bir günü evdə ola bilirlər və bu, ailələri üçün çox çətin olur”.
Lyuis Həmilton: “Bu il çox yarış var. Avropadan kənardakı yarışları sevirəm, çünki hava adətən yaxşı olur. Uzun uçuşlar məni narahat etmir. Evdən uzaqda olmaq istəyirəm”.