F-1.az xəbər verir ki, üç mövsüm Həmiltonla eyni komandada çıxış edən Censon Batton 7 qat dünya çempionunun sükan arxasında bu aranjimanı niyə bəyənmədiyini açıqlayıb.
Censon Batton: “Lyuis maşını hiss etmir – əsas problem budur. O, qaz və əyləc pedallarını kifayət qədər aqressiv şəkildə basır, sükanla çox işləyir, ona görə də onun maşının arxa hissəsinin davranışını əlləri ilə hiss etməsi vacibdir. Bu cür sürücü yeri ilə o, bunu hiss etmir, ona görə də özünə inamı yoxdur, tam gücü ilə hücuma keçə bilmir.
Müasir maşınları idarə etmək çətindir, xüsusən də limitlərdə sürmək məcburiyyətində olduğunuz sıralanma mərhələsində. Və əgər Lyuis özünə inam hiss etmirsə, o zaman maşından maksimum fayda əldə edə bilməz”.
“Corc Rassell niyə belə problemlərdən şikayətlənmir?”, – sualına cavab verən Button fikrini belə əsaslandırıb: “Məncə, onun fərqli sürüş tərzi var. Corcun telemetriyasını görməmişəm, amma Lyuisin üslubunu çox yaxşı bilirəm, çünki onun telemetriyasını yaxşı öyrənmişəm və onun üslubunun mənimkindən nə qədər fərqli olması məni həmişə təəccübləndirib.
Əgər Corc əyləc və qaz pedalları vasitəsilə maşına daha çox nəzarət etməklə, sükanı daha sakit idarə edirsə, o zaman kokpitin yerləşməsindəki dəyişiklik ona daha az təsir edir”.