Bastyaninini Danilo Petruççi əvəz edəcək

Ducati komandasının sürücüsü Enea Bastyanini Fransa yarışında zədə səbəbi ilə yarışmayacaq və onu Danilo Petruççi əvəzləyəcək.

F-1.az xatırladır ki, italiyalı sürücü mövsümün ilk yarışı Portimaoda rəqibi Luka Marini ilə təmas yaşamış və zədələnmişdi. Buna görə də Argentina və Amerika yarışlarında iştirak etməmişdi.

Onun İspaniya yarışında yenidən motosikletə qayıdacağı gözlənilsə də, Enea bir gün sürə bildi və yarışdan çəkildi. O, cümə sərbəst yürüşlərində bir neçə dövrə ata bilmişdi.

Eneanın Fransada da yarışmayacağı və dincələcəyi artıq məlumdur. Buna görə də Ducati komandası ona əvəzedici tapıb. Bu yad adam deyil. “Qırmızılar” Fransada sabiq sürücüləri Danilo Petruççi ilə yarışmağa qərar veriblər. Qeyd edək ki, Danilo 2019-cu ildə Ducati-də yarışıb və yarış qazanıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*