Buna görə də, Silverstoundakı yarış və ya yarışların ya avqustun sonuna keçirilməsi, ya da ləğv edilməsi gözlənilir. Hökumət Formula1 üçün istisnadan boyun qaçırsa da, heç gözlənilmədiyi halda, baş nazir Boris Conson məsələyə müdaxilə edib.
The Times yazır ki, Conson yarışın tamaşaçısız baş tutması fikrini dəstəkləyir və nazirlər kabinetinə şəxsən müraciət edib. Krallığın Rəqəmsal, Mədəniyyət, Media və İdman naziri Oliver Doudenə Səhiyyə və Daxili İşlər Nazirliyi ilə birlikdə Silverstounda iki yarışın keçirilməsi üçün tədbirlər planı hazırlamaq tapşırığını verib.