Adətən mövsümöncəsi testlərin gedişinə hava şəraiti müdaxilə edir. Amma Xeresdə komandalar aydın səma altında işləyə bildilər, lakin Barselona testlərində yağış gözlənilir.
Testlər çərşənbə axşamından cümə gününədək keçəcək – ilk üç günü yağış gözlənilmir, cümə gününə isə hava proqnozu uzunmüddətli və güclü yağışlar vəd edir. Bu həftə Barselonada havanın temperatiri +9-14 dərəcə olacaq.
Keçən il mövsümöncəsi testlərin son seriyasında bir gün yağışlı olmuşdu…