Barselonada testlərin üçüncü günü başlayıb…

Yerli vaxtla saat 9:00-da Barselonanın yaxınlığında Katalunya trasında mövsümöncəsi testlərin ikinci seriyasının üçüncü günü start alıb. Tras üzərində səma aydındır, […]

Yerli vaxtla saat 9:00-da Barselonanın yaxınlığında Katalunya trasında mövsümöncəsi testlərin ikinci seriyasının üçüncü günü start alıb. Tras üzərində səma aydındır, günəş çıxıb və havanın temperaturu +11 dərəcədir, gün ərzində yağış gözlənilmir.

Ferrari, Sauber və Marussia komandalarından başqa digər komandalarda sürücülər dəyişib – Fernando Alonso, Niko Hülkenberq və Maks Çilton dünənki işlərini davam etdiriblər. Williams komandası günü sürücüləri arasında böülb: nahara qədər Pastor Maldonado, nahardan sonra Valtteri Bottas işləyəcək. Force İndia komandasında birillik fasilədən sonra Adrian Sutilin sükan arxasına qayıtması gözlənilir. Onlardan başqa bu gün trasa Mark Uebebr (Red Bull), Censon Batton (McLaren), Roman Qrojan (Lotus), Niko Rosberq (Mercedes AMG), Jan Erik Vern (Toro Rosso) və Xido van der Xarde (Caterham) çıxacaqlar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*