Barselonada testlərin son günü başlayıb…

Barselonanın yaxınlığındakı Katalunya avtodromunda yerli vaxtla saat 9:00-da mövsümöncəsi testlərin ikinci seriyasının sonuncu günü başlayıb. Hava soyuqdur, termometrlər +5 dərəcəni […]

Barselonanın yaxınlığındakı Katalunya avtodromunda yerli vaxtla saat 9:00-da mövsümöncəsi testlərin ikinci seriyasının sonuncu günü başlayıb. Hava soyuqdur, termometrlər +5 dərəcəni göstərirlər. Trasın üzərində qara buludlar toplaşıb, güclü güclü külək əsir. Hava proqnozu tezliklə yağışın yağmasını söyləyir.

Dörd komandada sürücü dəyişikliyi var: testlərdə üç gün işləmiş Fernando Alonsonu Ferrari-də Felipe Massa, Niko Rosberqi Mercedes AMG-də Lyuis Həmilton, Niko Hülkenberqi Sauber-də Esteban Qutyerres, Adrian Sutili Force İndia-da komandaya düşməyə digər namizəd Jül Byanki əvəz edib. Williams komandası dünənki kimi günü sürücüləri arasında bölüb: amma bu dəfə Valtteri Bottas nahara qədər, Pastor Maldonado isə nahardan sonra işləyəcək.

Onlardan başqa trasa Mark Uebber (Red Bull), Censon Batton (McLaren), Roman Qrojan (Lotus), Jan Erik Vern (Toro Rosso), Xido van der Xarde (Caterham) və Maks Çilton (Marussia) çıxacaqlar. Axşam testlər başa çatacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*