Barselonada testlər başlayıb

Bu gün yerli vaxtla saat 9:00-da Barselonada mövsümöncəsi testlərin ikinci seriyası start alıb. Tras üzərində aydın səmadır, artıq günəş çıxıb […]

Bu gün yerli vaxtla saat 9:00-da Barselonada mövsümöncəsi testlərin ikinci seriyası start alıb. Tras üzərində aydın səmadır, artıq günəş çıxıb və temperatur +12 dərəcəyə çatıb.

Starta yarım saat qalmış Williams komandası yeni FW35 maşınını təqdim edib, qısa fotosessiyadan sonra Pastor Maldonado maşını trasa çıxarıb. Fotoqraflar isə Ferrari-nin boksuna tələsiblər – bu gün yerli azarkeşlərin kumiri Fernando Alonso mövsümdə ilk dəfə F138-in sükanı arxasında işləyəcək.

Bu gün trası doldurmuş azarkeşlər Sebastyan Fetteli (Red Bull), Fernando Alonsonu (Ferrari), Serxio Peresi (McLaren), Kimi Rəykköneni (Lotus), Niko Rosberqi (Mercedes AMG), Esteban Qutyerresi (Sauber), Pol di Restanı (Force İndia), Pastor Maldonadonu (Williams), Daniel Rikkardonu (Toro Rosso), Şarl Piki (Caterham) və Maks Çiltonu (Marussia) izləyəcəklər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Barselonada testlər başlayıb

Bir az əvvəl Barselona yaxınlığındakı Circuit de Catalunya avtodromunda mövsümöncəsi testlərin ikinci seriyası start alıb. Hələlik soyuqdur – havanın temperaturu […]

Bir az əvvəl Barselona yaxınlığındakı Circuit de Catalunya avtodromunda mövsümöncəsi testlərin ikinci seriyası start alıb. Hələlik soyuqdur – havanın temperaturu +1 dərəcə, trasın temperaturu +3 dərəcədir.

Bu gün trasda Sebastyan Fettel (Red Bull), Lyuis Həmilton (McLaren), Fernando Alonso (Ferrari), Mixael Şumaher (Mercedes AMG), Roman Qrojan (Lotus), Niko Hülkenberq (Force İndia), Serxio Peres (Sauber), Daniel Rikkardo (Toro Rosso), Bruno Senna (Williams), Heykki Kovalaynen (Caterham) və Şarl Pik (Marussia) işləyəcəklər.

Hispania komandası testləri buraxır, Marussia isə keçənilki maşınla işləyir – hər iki komandanı yeni maşını martın 1-də Barselonada debtü etməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*