F-1.az bildirir ki, dünən Katalunya trasında Alfa Romeo-dan Robert Kubitsa və Red Bull-dan Aleks Əlbon işləyiblər. Polşalı sürücünün 127 dövrəsinə tayvanlı sürücü cəmi 54 dövrə ilə cavab verib. Sürücülər gələn il çempionatda debüt edəcək yeni 18 düyməlik təkərləri yoxlayıblar. Onlar hansı təkər tərkibi ilə işlədiklərini bilmirlər, sadəcə sonda bütün komandalara Pirelli eyni məlumatı göndərir.
Bu gün Alpine-dən Daniil Kvyat da testlərə qatılacaq.
Maraqlı məqam: Alfa Romeo testlərdə disk qapaqları ilə görüntülənib – vaxtılə bu qapaqlar aerodinamik element adı ilə qadağan olunmuşdu, yenidən icazə veriləcək?