Barselonada mövsümöncəsi testlər başlayıb

Yerli vaxtla səhər saat 9:00-da Circuit de Catalunya-da 2020-ci ilin qış testləri başlayıb. Komandalar İspaniyaya yeni maşınlar gətiriblər, bir çoxu çəkiliş günü çərçivəsində hətta ilk testləri də tamamlayıblar, qalanları isə bu gün edəcəklər.

F-1.az bildirir ki, hazırda Barselonada səhər günəşli, biraz duman, havanın temperaturu +6 dərəcə, asfaltın temperaturu hələ də 0 dərəcədir. Günortadan sonra havanın temperaturu +14 dərəcəyə qədər istiləşəcək, yağıntı gözlənilmir.

Bu gün işləyirlər

Mercedes – Valtteri Bottas və Lyuis Həmilton
Ferrari – Şarl Lekler
Red Bull – Maks Ferstappen
Renault – Esteban Okon və Daniel Rikkardo
Haas – Kevin Maqnussen
McLaren – Carlos Sayns
Racing Point – Serxio Peres və Ləns Stroll
Alfa Romeo – Robert Kubitsa və Antonio Covinatsi
AlphaTauri – Daniil Kvyat
Williams – Corc Rassell və Nikolas Latifi

Trasa ilk olaraq Williams və McLaren maşınları çıxıblar.

Günortadan sonra komandalar Kataloniya trası üçün ənənəvi olan nahar fasiləsinə çıxacaqlar, testlər yerli vaxtla 18:00-da – Bakı vaxtı ilə 21:00-da başa çatacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*