Xeres testlərində olduğu kimi, Barselonada da hər bir komandaya 35 dəst Pirelli təkəri veriləcək. Amma bu dəfə komandalar bütün tərkiblərdən seçim edə biləcəklər – Hard, Medium, Soft və SuperSoft, əgər lazım olarsa, keçid və yağış təkərləri də komandaların ixtiyarında olacaq.
Pol Hembri, Pirelli Motorsport: “Barselonada bütün komandalar yeni maşınlarla işləyəcəklər və P Zero təkərlərinin bütün tərkiblərindən alacaqlar. Komandalar trası yaxşı tanıyırlar, bu isə müqayisə baxımından faydalıdır – onlar maşınların yeni təkərlərlə işləməsini daha yaxşı qiymətləndirə bilərlər: yeni təkərlər keçənilkilərdən yumşaq və sürətlidirlər, onların dağılma sürəti isə qəsdən artırılıb.
Xeresdə asfalt çox cod idi, ümid edirəm ki, bu dəfə şrəait yaxşı olacaq. Düzdür, havanın soyuq və yağışlı olması ehtimalı var, məsələn, keçən il biz səhərlər trasda buz da görürdük…”