F-1.az xəbər verir ki, ümumilikdə, apreldən oktyabr ayına qədər davam edəcək və yeddi mərhələdən (hər biri üç yarış) ibarət olan mövsümdə ümumi 15 sınaq günü nəzərdə tutulub və onlara artıq sabahdan start verilir.
Havanın əla, kifayət qədər günəşli və isti olacağı vəd edilirdi və belə də olub. Gündüz temperatur +20 dərəcədən yuxarıdır ki, bu, əlbəttə ki, Campos Racing, MP Motorsport, ART Grand Prix, Rodin Carlin və Prema Racing-ə ən yaxşı şəkildə uyğun gəlir.