F-1.az Racefans-a istinadən xəbər verir ki, yarışın təşkilatçıları FİA-dan trasın konfiqurasiyasının fərqli – 2007-ci ildə əlavə edilmiş son şikanasız variantı üçün F1 yarışlarını qəbul etməyə icazə sayılan Grade 1 lisenziyasını verməyi xahiş ediblər.
İki yüksək sürətli sağa doğru döngəni ayıraraq təhlükəsizlik səbəbi ilə şikana əlavə edilib, lakin bir çox sürücü deyir ki, bu olmasa, ötmə imkanları əhəmiyyətli dərəcədə artacaq. İspaniya yarışının promouterləri də bunu sınamağa qərar veriblər.
Son sektorun yenilənməsi üçün 13 və 16-cı döngələrdəki təhlükəsizlik sistemlərinin yaxşılaşdırılması tələb olunacaq. Artıq çınqıllığın genişləndirilməsi üzrə işlərə başlanılıb və martın sonunadək başa çatdırılacaq. Bir neçə ağac kəsilməlidir, lakin onların əvəzində yeni ağaclar əkiləcək ki, ətraf mühitə ziyan dəyməsin…